...

Vergilər Nazirliyi: Azərbaycanda kriptovalyuta əməliyyatları vergiyə cəlb olunmalıdır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2018 11:19 (UTC +04:00)
Azərbaycanda kriptovalyuta əməliyyatları ilə bağlı mənfəət vergiyə cəlb olunmalıdır
Vergilər Nazirliyi: Azərbaycanda kriptovalyuta əməliyyatları vergiyə cəlb olunmalıdır (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda kriptovalyuta əməliyyatları ilə bağlı mənfəət vergiyə cəlb olunmalıdır.

Trend-in məlumatına görə, bunu Bakıda “Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyuta və təhlükəsizlik” konfransı zamanı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.

Onun sözlərinə görə, kriprtovalyuta əməliyyatları əsasən fiziki şəxslər arasında həyata keçirilir, ona görə də qeyri-sahibkarlıq fəaliyyətinə aid edilir.

O deyib: “Vergilər Nazirliyi hesab edir ki, kriptovalyutalarla məşğul olan şəxslər mütləq şəkildə vergi orqanlarında qeydiyyata durmalı, müvafiq bəyannamələr təqdim etməli və dövlət büdcəsinə vergilər ödəməlidir”.

Ş.Ərəbov vurğulayıb ki, bu gün kriptovalyuta əməliyyatlarının vergiyə cəlb olunması məsələsi bütün dünyada geniş müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti