...

Xarici şirkətlər Azərbaycanda investisiya fondları yaratmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2018 13:24 (UTC +04:00)
“Azərbaycan İnvestisiya Şirkəti” ASC ölkədə yeni investisiya fondlarının yaradılması üzrə təklifləri nəzərdən keçirir
Xarici şirkətlər Azərbaycanda investisiya fondları yaratmaq istəyir

Bakı. Trend:

“Azərbaycan İnvestisiya Şirkəti” ASC ölkədə yeni investisiya fondlarının yaradılması üzrə təklifləri nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu şirkətin icraçı direktoru Allahverdi Paşayev deyib.

O bildirib ki, Azərbaycanda investisiya fondlarının yaradılmasına həm xarici, həm də yerli şirkətlər maraq göstərir.

A.Paşayev əlavə edib ki, investisiya fondlarının yaradılması əsasən kənd təsərrüfatı sahəsinə və qeyri-neft sektoruna yönəldiləcək:

“Gələcəkdə onların istiqaməti “Azərbaycan İnvestisiya Şirkəti”nə daxil olan təkliflərdən asılı olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti