...

Azərbaycanda bütün dünyada etibarlı olan tibbi sığorta təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2018 13:32 (UTC +04:00)
Bu gün Bakıda tibbi sığorta sahəsində yeni məhsul təqdim edilib.
Azərbaycanda bütün dünyada etibarlı olan tibbi sığorta təqdim edilib

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda tibbi sığorta sahəsində yeni məhsul təqdim edilib.

Trend-in məlumatına görə, “PAŞA Sığorta” sığorta şirkəti tərəfindən hazırlanmış “Beynəlxalq tibbi sığorta” əhaliyə bütün dünyada etibarlı olan tibbi sığorta təklif edir.

Sığort əldə etmək istəyən müştəri əhatə dairəsi ilə fərqlənən dörd ərazi zonasından birini seçə bilər.

Birinci zona bütün dünyanı əhatə edir, ikinci zonanın əhatə dairəsi isə Şimali Amerika istisna olmaqla bütün dünyadır. Üçüncü zonaya Şimali Amerika, Çin, Sinqapur, Honq Konq, Böyük Britaniya və İsveçrə daxil deyil. Dördüncü zonaya isə adıçəkilən ölkələrlə yanaşı Avstraliya, Braziliya, Çili, Meksika və Tailand da daxil deyil.

Təqdimat mərasimi zamanı “PAŞA Sığorta”nın İdarə heyətinin sədri Ülviyyə Cabbarova bildirib ki, uzun illər korporativ sektorda fəaliyyət göstərdikdən sonra şirkət fərdi satış (riteyl) sahəsində fəal işləməyə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti