...

Səfir: Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini 1 milyard dollara çatdıra bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2018 21:01 (UTC +04:00)
Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini 1 milyard dollara çatdıra bilərlər.
Səfir: Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini 1 milyard dollara çatdıra bilərlər

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan və Ukrayna əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması üçün lazımi potensiala malikdirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "İnformator" internet nəşrinə deyib.

A.Xudiyev bildirib ki, son bir ildə ölkələr arasında əmtəə dövriyyəsi 2,5 dəfə artıb.

İki ölkə arasında humanitar sahədə əməkdaşlığa toxunan diplomat xatırladıb ki, bu gün Kiyevdə Müslüm Maqomayev adına bağın yenidənqurmadan sonra açılışı olacaq. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edəcək.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Ukrayna ilə Azərbaycanın əmtəə dövriyyəsi 2017-ci ildə 810,28 milyon dollar təşkil edib. Azərbaycan məhsullarının Ukraynaya ixracının payına 350,4 milyon dollar düşüb. İl ərzində əmtəə dövriyyəsi 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixrac isə təqribən 8 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti