...

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2018 12:31 (UTC +04:00)
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

"İnvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerikada hökumətə qarşı tənqidlərin və siyasi risklərin artması dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 1.5%-ə kimi ucuzlaşmasına təsir edib. Nəticədə EUR/USD məzənnəsi də 1.16$-a kimi ucuzlaşdıqdan sonra yenidən 1.17$-a kimi bahalaşıb. Təhlillərə əsasən, avro 1.1750$-ın üzərində möhkəmlənərsə, 1.1860$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaq Avrozonanın faiz qərarı və 16:30-da baş tutacaq mətbuat konfransında bank sədrinin çıxışı da investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi də 2.5%-ə kimi ucuzlaşdıqdan sonra yenidən 1.31$-a kimi bahalaşıb. Burada isə artım dalğasının davam etməsi üçün 1.32$-ın yuxarı istiqamətdə qırılması önəmli olacaq. Bundan sonra qiymətin 1.33$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

TRY

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 4.77TL-yə kimi ucuzlaşıb və bu səviyyənin altında qaldıqca 4.68TL-yə kimi də ucuzlaşa bilər.

Bu həftənin çərşənbə axşamı Türkiyə Mərkəzi Bankının faiz qərarı da diqqət mərkəzində saxlanılmalıdır. Belə ki, ehtimal edilən faiz artımı qərarı məzənnənin ucuzlaşmasını sürətləndirə bilər.

OIL

Dolların ucuzlaşması enerji bazarlarında Avropanın Brent nefti qiymətinin də dəyər qazanmasına təsir edib. 73$-a ticarət edilən bir barel üzrə qiymət bu səviyyənin üzərində qaldıqca 75$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1211$-a (38.9 $/qram) kimi ucuzlaşdıqdan sonra yenidən 1232$-a (39.6 $/qram) kimi dəyər qazanıb. 1235$-ı (39.7 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1248$-a (40.1 $/qram) kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət 09.01.2016-cı il tarixli, 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market-meykerlik və s. investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi:

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti