...

"Unibank" Qurban bayramı münasibətilə kredit kampaniyası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2018 17:22 (UTC +04:00)
"Unibank" hər kəs üçün üç günlük 0% komissiyalı nağd istehlak krediti aksiyası keçirir.
"Unibank" Qurban bayramı münasibətilə kredit kampaniyası keçirir

Bakı. Trend:

"Unibank" Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayır. Qurban bayramı münasibətilə "Unibank" hər kəs üçün üç günlük 0% komissiyalı nağd istehlak krediti aksiyası keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, hərbçi, müəllim, həkim, təqaüdçü - işindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri olan hər kəs avqustun 21-i, 24-ü və 25-də "Unibank" fililallarına gələrək 20.000 AZN-dək nağd krediti 0% komissiya ilə əldə edə bilər.

İndi "Unibank"dan kredit götürmək Sizə xüsusi üstünlüklər verir:

- komissiya 0%;

- sığorta xərci yoxdur;

- zamin tələbi yoxdur;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- 20 000 AZN-dək kredit məbləği;

- 48 ayadək ödəniş müddəti;

- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;

- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq, 117 məlumat mərkəzinə zəng edərək, Unibank Mobile-dan , www.unibank.az saytından onlayn sifariş etməklə (http://go.unibank.az/2FcSiNh ) və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:

Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial (Beş mərtəbə); 13 saylı filial (“İnşaatçılar”); 9 saylı filial (ASAN 1 Kommunal); “Gənclik” filialı; “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.

Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti