...

Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiya hazırlayacaq (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2018 16:15 (UTC +04:00)
Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiyanın hazırlanmasını planlaşdırır.
Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiya hazırlayacaq (ÖZƏL)

Bakı. Ənvər Məmmədov - Trend:

Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiyanın hazırlanmasını planlaşdırır.

Bunu Trend-ə bankın baş ofisindən bildiriblər.

Bank nümayəndəsi bildirib ki, Azərbaycan üzrə yeni strategiyanın hazırlanması QDTİB-in ümumi strategiyası yekunlaşdırıldıqdan sonra başlanacaq: "Cari ilin iyulun ayının ortalarından bankda rəhbərliyinin planlı rotasiyası keçirilir. İyulun 16-dan QDTİB-in yeni prezidenti - Rusiyadan Dmitri Pankin və bank məsələləri üzrə yeni vitse-prezident - Türkiyədə Həsən Dəmirxan fəaliyyətə başlayıblar. Sentyabrda biz maliyyə məsələləri üzrə Ukraynadan yeni vitse-prezidentin gəlməsini gözləyirik. Hazırda QDTİB-in 2019-2022-ci illər üçün bütün üzv ölkələrin hakimiyyətləri ilə razılaşdırılacaq yeni strategiyasını hazırlayırıq. Məhz bu yeni ümumi strategiya əsasında bank, Azərbaycan daxil olmaqla, ayrı-ayrı ölkələr üzrə strategiyalar qəbul edəcək".

Mənbə həmçinin qeyd edib ki, bunula əlaqədar olaraq, bankın yeni rəhbərliyi cari ilin sonuna qədər Bakıya gəlməyi planlaşdırır

QTİB Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Ermənistan, Rumıniya, Türkiyə, Ukrayna və Rusiya tərəfindən təsis edilmişdir. Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. Bankın səhmdar kapitalında Azərbaycanın payı 5 faizdir və ölkə QDTİB-nin yeddinci böyük səhmdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti