...

"PAŞA Bank"dan "Tacir Kart"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2018 16:29 (UTC +04:00)
Tacir kart sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin kart hesabında olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün xərclərinin ödənişi üçün istifadə olunan kartdır.
"PAŞA Bank"dan "Tacir Kart"

Bakı. Trend:

Tacir kart hüquqi şəxsin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin kart hesabında olan pul vəsaitlərindən biznes fəaliyyəti ilə bağlı bütün xərclərinin ödənişi üçün istifadə olunan kartdır.

"PAŞA Bank"dan Trend-ə verilən məlumata görə, Tacir kart Azərbaycanda və dünyanın 200-dək ölkəsində ticarət və xidmət müəssisələrində və həmçinin İnternet şəbəkəsində nağdsız ödənişlər həyata keçirmək, banklarda və bankomatlarda kart ilə nağd pul vəsaiti çıxarmaq imkanını təqdim edir.

Kartın üstünlükləri

- Şirkət biznes fəaliyyəti ilə bağlı bütün xərclərini Bank tərəfindən ayrılan və güzəşt müddəti ərzində faizsiz olan kredit xətti hesabına ödəmək imkanı əldə edir;
- Tacir şəbəkəsinə daxil olan distribyutor üzrə müxtəlif limitlərin müəyyən edilməsi imkanını yaradır;
- ƏDV-nin avtomatik hesablanması və həmin məbləğin avtomatik çıxarılaraq Sahibkarın adından vergi depozit hesabına göndərilməsini təmin edir və s.

Daha ətraflı: https://www.pashabank.az/plastic_cards,1188/lang,az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti