...

Orxan Məmmədov: Azərbaycan Kiçik və Orta Biznes Agentliyi Rusiyanın KOS Korporasiyası ilə uğurlu əməkdaşlığın əsasını qoyub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2018 12:46 (UTC +04:00)
Azərbaycan Kiçik və Orta Biznes Agentliyi “Rusiya Kiçik və Orta Sahibkarlığın İnkişafı Federal Korporasiyası” Səhmdar Cəmiyyəti ilə uğurlu əməkdaşlığın əsasını qoya bilib.
Orxan Məmmədov: Azərbaycan Kiçik və Orta Biznes Agentliyi Rusiyanın KOS Korporasiyası ilə uğurlu əməkdaşlığın əsasını qoyub (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Kiçik və Orta Biznes Agentliyi “Rusiya Kiçik və Orta Sahibkarlığın İnkişafı Federal Korporasiyası” Səhmdar Cəmiyyəti ilə uğurlu əməkdaşlığın əsasını qoya bilib.

Trend-in məlumatına görə, bunu 9-cu Azərbaycan-Rusiya Regionlararası Rorumu çərçivəsində keçirilən “Kiçik və orta biznes sahəsində əməkdaşlıq” mövzusunda panel iclası zamanı Kiçik və Orta Biznes Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib: “Bizim aramızda qarşılıqlı anlaşma memorandumu imzalanıb, eləcə də konkret tədbirlərin və onların icra müddətinin qeyd olunduğu yol xəritəsi hazırlanıb. Səylərimizi birləşdirərək yol xəritəsində mövcud olan potensialı səmərəli şəkildə reallaşdıra bilərik”.

KOB Agentliyinin rəhbəri Rusiya ilə iqtisadi əməkdaşlığın yüksək səviyyəsini qeyd edib və bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətini vurğulayıb:

“Qeyd etmək kifayətdir ki, Azərbaycanda sənaye, tikinti, ticarət, bank, sığorta, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə Rusiya kapitalı ilə 759 şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri 8 dövlət layihəsində podratçı kimi çıxış edir. Azərbaycan şirkətləri də Rusiya bazarında təmsil olunur və bu bazara yeni-yeni çıxan şirkətlərimiz var”.

Onun sözlərinə görə, Agentlik müxtəlif sahibkarlar assosiasiyaları ilə əməkdaşlığı təkmilləşdirmək istəyir:

“Biz Azərbaycanın kiçik və orta sahibkarları üçün satınalma fəaliyyəti təcrübəsi nəzərə alınmaqla məlumat xarakterli tədbirlər keçirməyi planlaşdırırıq. Planlarımıza, həmçinin bu seqmentdə KOB-ların rolunun artırılması daxildir. Biz assosiasiyalar və birliklər arasında əlaqələrin qurulması sahəsində böyük potensial görürük. Azərbaycanda rusiyalı sahibkarlar kənd təsərrüfatının müxtəlif sahələrində təmsil olunur və yeni bazarlarda maraqlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti