"PAŞA Bank" məhsulların inkişafı üzrə dünyada sürətlə yayılan "Agile" yanaşmasının tətbiqinə başlayıb

"PAŞA Bank" məhsulların inkişafı üzrə dünyada sürətlə yayılan "Agile" yanaşmasının tətbiqinə başlayıb

Bakı. Trend:

Yeni strategiyaya əsasən, PAŞA Bank 2020-ci ilə qədər rəqəmsal banka çevrilməyi hədəfləyir. Bankların maliyyə təşkilatlarından daha çox texnologiya şirkətlərinə çevrilmələri bankçılıqda artıq qlobal bir trendə çevrilib və Agile iş tərzi ənənəvi bankdan rəqəmsal banka transformasiyada dünyada geniş istifadə olunur. Hazırda, PAŞA bankda artıq ilk Agile komandalar formalaşıb və onların işinin ilkin nəticəsi olaraq innovativ rəqəmsal məhsullar tezliklə bazara buraxılacaq.

Mövzu barədə bizim suallarımızı PAŞA Bank ASC-də Agile İdarəetmə strukturunun rəhbəri Zaur Bağırov və Rəqəmsal Mühəndislik strukturunun rəhbəri Vüsal Xəlilov cavablandırıb.

Azərbaycanda yeni olduğundan bir çox oxucu "Agile"ın nə olduğunu bilmir. “Agile" nə deməkdir?

- “Agile” kəlməsinin ingilis dilindən azərbaycancaya birbaşa tərcüməsi zirək, çevik, sürətli sözləri ilə ifadə edilir. Yanaşma olaraq isə bu, fərqli funksiyalardan olan insanların bir komandada çalışmasına və müştərilərin fikrini məhsula inteqrasiya etməyə imkan verən bir yanaşmadır. Agile yanaşması komandaya səlahiyyətlər verməklə komandanı son nəticədən cavabdeh tutur və komanda öz işinin və nəticəsinin sahibinə çevrilir. Bu yanaşma eyni zamanda işçilərin peşəkar inkişafını və işə bağlılığını artırmaqla onlar üçün məhsuldar və rahat bir iş mühiti yaradır.

-"Agile"ın ənənəvi iş üsulundan fərqi nədir?

- Ənənəvi üsul ilə işləyən təşkilatlarda işçilər öz sahələrində çalışır və bilavasitə öz gördükləri işdə effektivliyi artırmağa çalışırlar, lakin onlar daha böyük mənzərəni və proseslərin bir-birindən asılılığını nadir hallarda görürlər. Ona görə də bir sıra funksiyalar (məs., biznes, informasiya texnologiyaları, risk) bir birindən ayrılıqda fəaliyyət göstərir. Ənənəvi yanaşmanın digər problemi odur ki, müştəri ilə yalnız satış və marketinq komandaları əlaqədə olur və təşkilatın yerdə qalan hissəsi real müştəri ehtiyacları barədə məlumatsız olur. Ona görə də ənənəvi yanaşma real müştəri ehtiyaclarının qavranılmasında və müxtəlif funksiyaların qarşılıqlı əlaqəsində problemlər yaradır. Məsələn, bir çox hallarda məhsul hazırlanıb bazara buraxılır amma müştərilər onu istifadə etmir. Yalnız bundan sonra aydın olur ki, məhsula sərf olunan vaxt və pul boşa xərclənib, çünki məhsul müştərilərin ehtiyaclarına cavab vermir.

-Yeri gəlmişkən, PAŞA Bankda belə bir problem olubmu?

- Bir sıra digər böyük banklar kimi, biz də ənənəvi iş tərzində bənzər çətinliklərlə qarşılaşmışıq. Lakin, bir müddət öncə anladıq ki, Agile iş tərzi bizə daha səmərəli olmaqda və müştəri ehtiyaclarını daha yaxşı qarşılamaqda kömək edəcək. Bu iş tərzi həm də bizə ənənəvi bankdan texnologiya şirkətinə çevrilməyə, yəni səmərəli, rəqəmsal və müştəri ehtiyaclarına həssas olan bir təşkilata transformasiya olmağa yardım edəcək.

- Agile iş tərzini qəbul etməkdə başqa hansı amillərin rolu olub?

- Bu gün demək olar hamımız Facebook istifadə edirik. Əgər sabah Facebook öz müştərilərinə kredit təklif etməyə başlasa banklar nə edəcək? Facebook kimi şirkətlər yaranış günlərindən etibarən Agile olaraq çalışır. Heç kəs sabah Google, Facebook, Apple və Amazon kimi şirkətlərin maliyyə xidmətləri göstərməsinin qarşısını ala bilməz. Bu şirkətlər artıq maliyyə sektoruna daxil olmağa başlayıb. Biz bu kimi təhlükələri görürük və ona görə Agile iş üslubundan istifadə etməklə texnoloji bir şirkətə çevrilməyə qərar vermişik.

- Agile yanaşmasının PAŞA Bankda hazırda necə çalışdığına dair misal gətirə bilərsinizmi?

- İlk olaraq biz rəqəmsal məhsulların inkişafından başladıq. Əvvəllər, proqramçı və dizayner İnformasiya Texnologiyaları şöbəsində, marketinq meneceri Marketinq şöbəsində, və məhsul meneceri Biznes İnkişafı şöbəsində çalışırdı. Agile-da isə bizim 10 nəfərdən çox olmayan daimi məhsul komandamız vahid biznes məqsədi ətrafında birləşib. Bu komanda eyni masa arxasında və yalnız bir məhsul üzərində işləyir. Bu komanda məhsulun nəticələrindən cavabdehdir və məhsulu yaratmaq üçün bütün imkanlara sahibdir. Məhsul meneceri, mühəndislər (proqramçılar) və dizaynerlər komandanın əsas üzvləridir. Hər bir komanda öz işini davamlı olaraq təkmilləşdirməlidir. Bu işdə komandalarımıza Agile Coach köməklik göstərir.

Agile komandaları biz skvod adlandırırıq. Bu skvodlar 2 həftəlik sprintlərlə işləyir və hər 2 həftəlik sprintdə bir sıra mərasimlərdən (görüşlərdən) yararlanır.

Sprint planlama görüşündə növbəti 2 həftədə yerinə yetiriləcək işlər müəyyən olunur.

Gündəlik Stand-up görüşlərində hər kəs keçən gün nə iş gördüyünü, bu gün nə iş görəcəyini və işin görülməsi üçün hansı problemlərin olması barədə məlumat verir.

Sprint Demo (nümayiş) görüşlərində cari sprintdə görülən işin nəticləri göstərilir və maraqlı tərəflərin, həmçinin müştərilərin fikirləri alınır

Retrospective mərasimində komanda öz işini necə təkmilləşdirəcəyini müzakirə edir

Bu görüşlər komandaya səmərəli şəkildə əməkdaşlıq etməyə kömək edir və müştəridən müntəzəm olaraq rəy almağa yardım edir. Bu həm də məhsulun uğursuz olma riskini azaldır, çünki komanda hər iki həftədən bir, müştəri rəyi əsasında məhsulun funksionallığını tədricən inkişaf etdirir.

- Belə görünür bütün bu dəyişikliklərlə bərabər işçilərin düşüncə tərzi də dəyişməlidir...

-Bəli, əslində düşüncə tərzi bizim üçün əsas prioritetlərdən biridir. Bizə aşağıdakı məsələlərdə dəyişikliyə nail olmaq lazımdır:

-Mövcud funksional silo-mentalitetini (funksiya maraqlarının şirkət maraqlarından üstün olduğu mentalitet) dəyişdirmək və funksiyalar arasında əməkdaşlıq mentalitetini daha da inkişaf etdirmək. Hər kəs əldə etmək istədiyimiz son nəticəni anlamalı və özünü işlədiyi funksiyanın hədəfləri ilə məhdudlaşdırmamalıdır.

-İyerarxiyanı azaltmaq və qərarverməni sürətləndirmək üçün işçilərin qərarvermə səlahiyyətini artırmaq və qərarların əksər hallarda rəhbərlər tərəfindən deyil onların tabeçiliyində olan işçilər tərəfindən verilməsini stimullaşdırmaq.

-Səhvlərə daha tolerant olmaq və insanları səhvlərə görə cəzalandırmamaq – çünki məhsul yaradan və yeni şeylər öyrənən zaman səhvlər qaçılmazdır. Lakin biz hər individualın qərarından yarana biləcək riskin minimal olmasından əmin olmalıyıq və öz səhvlərimiz üzərində öyrənib bu səhvlərin təkrarlanmaması üçün prosesləri daim təkmilləşdirməliyik.

-Sürətlə dəyişən mühitə uyğunlaşa bilməyimiz üçün işçiləri daim öyrənməyə və açıq fikirli və innovativ olmağa həvəsləndirmək.

- Dəyişdiyiniz yalnız işləmə tərzi və iş mədəniyyətidirmi?

- Xeyr, biz həm də Azərbaycan bazarına texnologiya şirkətləri tərəfindən istifadə olunan lakin bizim bazarda geniş istifadə olunmayan texnologiyaları gətiririk. Nəticədə komandamıza qoşulan insanlar faktiki bu qabaqcıl texnologiyaların Azərbaycanda tətbiq olmasında pioner olacaqlar. Məsələn, biz Google, Uber və Spotify kimi məşhur texnologiya şirkətlərinin istifadə etdiyi müasir proqramlaşdırma dillərindən (Node.JS, React, Redux, Serverless), bulud infrastrukturundan və mikroservis texnoloji arxitekturasından istifadə edirik. Biz həm də mühəndislərin təkrarlanan işlərini avtomatlaşdırırıq ki, mühəndislərimiz əlavə dəyər qatacaq işlərə fokus ola bilsinlər.

​Bütün bunlar işçilərimizin öyrənməsi və inkişafı üçün çox yaxşı imkanlar yaradır. Təəccüblü deyil ki, işə götürdüyümüz peşəkarların 1 nömrəli motivasiyası məhz öyrənməkdir. İşçilərimizin bu texnologiyaları sürətlə öyrənə bilməsini təmin etmək üçün biz təlim planı hazırlamışıq. Bankın icraçı direktorundan tutmuş universiteti yeni bitirən işçilərimizə qədər hər kəsin Fərdi İnkişaf Planı mövcuddur və hamı bu öyrənmə mühitində özünü rahat hiss edə bilir.

- "Agile"i PAŞA bankda tətbiq etmək üçün sizə lazım olan ekspertizanı haradan alırsınız?

- Biz bir sıra qlobal banklarda Agile-ı tətbiq etməkdə təcrübəyə malik olan və dünyaca məşhur olan konsaltinq şirkətləri ilə - McKinsey və IBM ilə əməkdaşlıq etməyə başladıq. Bu həmkarlarımız bizə innovativ təşkilatın qurulmasında, Agile mədəniyyətinin inkişaf etdirilməsində, işçilərimizin bilik və bacarıqlarının artırılmasında və ilkin rəqəmsal məhsulların inkişafında yaxından dəstək verirlər.

- Əldə etdiyiniz proqres nə yerdədir?

- Biz artıq 4 Agile komandası (skvod) formalaşdırmışıq. Hazırda, komandalar korporativ müştərilərimiz üçün yeni İnternet Bankın qurulması üzərində çalışırlar. Yeni İnternet Bankın ilk versiyasını artıq hazır etmişik və bu versiyanı hazırda bəzi müştərilərimizlə test edirik. Tam versiyanı isə ilin sonuna qədər buraxmağı və daha sonra bütün müştərilərimizi yeni platformaya keçirməyi düşünürük.

- PAŞA Bank Agile yanaşmanın qəbul edilməsindən nə əldə edəcək?

- Agile yanaşmanın əsas məqsədi bazar tələblərinə çevik şəkildə cavab vermək və bununla da müştəri məmnuniyyətini artırmaqdır. Həmçinin, Agile bizə xərcləri azaltmağa kömək edəcək, çünki bu yanaşma bizə daha səmərəli çalışmağa imkan verəcək. Bütün bunları PAŞA Bank Azərbaycanda və regionda ən qabaqcıl və mütərəqqi banklardan biri olaraq qalmaq üçün həyata keçirir.

-İstədiyiniz işçiləri tapa bilirsinizmi?

- Əslində, rəqəmsal işçiləri tapmaq kifayət qədər çətin bir işdir. Təsəvvür edin ki, 1200 nəfəri nəzərdən keçirmişik lakin işə yalnız 30 nəfər götürmüşük. Bu o demək deyil ki, bazarda rəqəmsal istedadlar yoxdur. Sadəcə biz həm texniki bacarıqları bizim tələblərə uyğun olan həm də bizim qurmaq istədiyimiz iş mədəniyyətinə uyğun olan işçiləri axtarırıq. Bu işçilər müstəqil, əməkdaşlığa yönümlü olmalı və öyrənməyə və iş tərzlərini dəyişməyə açıq olmalıdırlar. Maraqlıdır ki, bu cür istedadları tapmaq çətinliyi təkcə bizim bazara xas deyil – McKinsey ilə birlikdə bir sıra digər ölkələrdə oxşar hallara baxdıq və hər yerdə - hətta ən rəqəmsal bazarlarda belə bu cür işçiləri tapmaq ən böyük çətinliklərdəndir.

Bu səfərdə qarşımıza belə bir hədəf də qoymuşuq ki, ümumiyyətlə Azərbaycanda rəqəmsal istedadları inkişaf etdirək və elə bir innovativ mühit yaradaq ki, xaricdə işləyən Azərbaycanlı istedadlar müasir rəqəmsal məhsullar yaratmaq üçün ölkəyə qayıtmaq istəsinlər.

Yeri gəlmişkən, biz ilin sonuna qədər əlavə 10-20 mütəxəssis işə götürməyi planlaşdırırıq, ona görə də komandamıza qoşulmaq istəyən şəxslər www.pashabank.az/agile səhifəsindən daha ətraflı məlumat əldə edə və CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Baydenin koronavirus testinin nəticəsi məlum olub
Baydenin koronavirus testinin nəticəsi məlum olub
İsraildə koronavirusa yoluxanların sayı 311 min nəfəri ötüb
İsraildə koronavirusa yoluxanların sayı 311 min nəfəri ötüb
ABŞ-da keçiriləcək seçkilərdə 68 milyondan çox insan vaxtında əvvəl səs verib
ABŞ-da keçiriləcək seçkilərdə 68 milyondan çox insan vaxtında əvvəl səs verib
Loading Bars
Xəbər lenti
Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub - MN
"Liverpul" tarixinin 10 000-ci qolunu vurub
Baydenin koronavirus testinin nəticəsi məlum olub
İsraildə koronavirusa yoluxanların sayı 311 min nəfəri ötüb
Kolumbiya qəzetləri Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və terror siyasəti barədə yazıb
ABŞ-da keçiriləcək seçkilərdə 68 milyondan çox insan vaxtında əvvəl səs verib
Türkiyədə koronavirusdan sağalanların sayı 317 mini keçib
ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri, minalar, raket və partladıcılar aşkar edib (FOTO)
Kanadada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Çempionlar Liqası: "Liverpul"dan qələbə, "Real"dan heç-heçə
Moskvanın hava limanlarında 20-dən artıq aviareys ləğv edilib və ya təxirə salınıb
ÜST: Dünyada ötən həftə koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? (FOTO)
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənilərin köhnə atəşkəs hiyləgərliyi: Hər dəfə yeni ərazilərin işğalı üçün cəhd ediblər - REAL FAKTLAR
Əlcəzairin prezidenti xəstəxanaya yerləşdirilib
Təhsil naziri Emin Əmrullayev Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verib
Ermənilər özünü demokratiyanın beşiyi sayan Fransada haqq deyənlərin səsini boğur - Ekspert
Bugün məhv edilən Arutyunyanın maşınından geriyə qalan (FOTO)
Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik
Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir
Yerevanın Azərbaycanla müharibəyə uşaqları cəlb etməsi hərbi cinayətdir - Livanlı vəkil
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
FİFA-nın prezidenti koronavirusa yoluxub
Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir - Dövlət Komissiyası (FOTO)
Ermənistan müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir - Ombudsman
Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub - Müdafiə Nazirliyi
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi
Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı
27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir - Ömər Çelik
Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN (FOTO/VİDEO)
Dönüş: Sabaha qalmayan qisas
Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb - Hikmət Hacıyev (FOTO)
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir - Rauf Əliyev
Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır - Deputat
Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır
İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif
Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib
Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir - Hikmət Hacıyev
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır
Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib (FOTO)
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın və uşaqlar da yaralanıb - Hikmət Hacıyev
Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib
Oktyabrın 28-də manatın dollara qarşı məzənnəsi
Qubada sağalmadan evdən çıxan COVİD-19 xəstəsi barədə araşdırma başlayıb
Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulur
Tehran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olmağa hazırdır
Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb
Ermənistan rəhbərliyi doğrudan da sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın - Ceyhun Bayramov
Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü tərəfləri cəlb etməyə çalışır - Fuad Muradov (FOTO/VİDEO)
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA (FOTO)
İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır
Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək
Boykot çağırışı Türkiyə iqtisadiyyatına ciddi təsir etmək imkanında deyil - Vüsal Qasımlı
Ermənistan bu müharibəyə uzun müddət dayana bilməyəcək, iflas edəcək - İİTKM
Qondarma rejimin "müdafiə naziri" belə məhv edildi (VİDEO)
Erməni tankları ermənilərə qarşı (FOTO)
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
İnsanların yarısı maskanı çənəsində gəzdirir - TƏBİB rəsmisi
Ermənistanda Paşinyanın istefası tələb olunur
Ermənistanın itirdiyi hərbi texnika və sursatı bərpa etməyə 25 il vaxt lazımdır - Vüsal Qasımlı (FOTO)
Döyüşlər başlayandan Ermənistanın hərbi itkilərinin dəyəri açıqlanıb
Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Euronews” əməkdaşlarına hücum bir daha Ermənistanın simasını göstərir - XİN (VİDEO)
Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir - Peskov
FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Lüksemburqda erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycana təzyiqlər göstərilsə də Prezident İlham Əliyev haqq yolunda mübarizəsindən dönmədi - Politoloq
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub (FOTO)
Vətəndaşların nəzərinə: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir (FOTO)
Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi
42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
“Azərenerji” arxa cəbhədə gücünü səfərbər edib (VİDEO)
II Qareginin müharibə çağırışı heç bir dini çərçivəyə sığmır - Robert Mobili
BSU-nun kollektivi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət edib
Baş prokuror Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb
Əli silahlı erməni "din" adamları - Erməni kilsəsi qan və terror istəyir (FOTO)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib
İranda sutka ərzində 7 minə yaxın şəxs koronavirusa yoluxub
180 min manat gecikdirilmiş ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Ermənistan ordusunda qan çatışmazlığı müşahidə olunur
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb
Mətbuat Şurası “Euronews”un çəkiliş qrupunun Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb
Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi işdən çıxarılıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin yeni siyahısını açıqlayıb
Yaralandı, amma silahdaşlarını döyüş meydanında tək buraxmadı (VİDEO)
Ermənistan işğal altında saxladığı ərazilərdə narkotik əkib-becərməklə məşğul olub - Nazir müavini
Ermənistanın təxribatları danışıqları mənasız edir - Deputat
Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır - Deputat
İlahiyyat İnstitutunun rektoru Beynəlxalq Forumda iştirak edib (FOTO)
Bütün xəbərlər