Bakı. Taleh Mursaqulov - Trend:
Hindistan “Lapis Lazuli” beynəlxalq marşrutuna qoşulmaqda maraqlıdır.
Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mətbuat xidmətinin rəhbəri Vəfa Səfərli-Abdullazadə deyib.
O bildirib ki, Əfqanıstandan “Lapis Lazuli” beynəlxalq marşrutu ilə limana ilk yük çatıb.
Onun sözlərinə görə, bu dəhliz vasitəsilə dekabrın 13-ü Əfqanıstanın Herat əyalətindən çıxmış doqquz yük maşını Bakıya gəlib.
Bu yük Əfqanıstandan çıxaraq Türkmənistan ərazisindən keçib. Gözlənildiyi kimi, yük Azərbaycan ərazisindən keçməklə Gürcüstana və Türkiyəyə, daha sonra təyinat ölkəsinə çatacaq.