...

Azərbaycanda mobil rabitə operatorları 7 ayda 497 milyon manat gəlir əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2019 10:08 (UTC +04:00)
2019-cu ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 196,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,2 faizi əhali tərəfindən istehlak olunub.
Azərbaycanda mobil rabitə operatorları 7 ayda 497 milyon manat gəlir əldə edib

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 196,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,2 faizi əhali tərəfindən istehlak olunub.

Trend-in məlumatına görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 497,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti