...

Azərbaycan pambıq məhsulunun ixracını artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2020 19:50 (UTC +04:00)
Azərbaycan pambıq məhsulunun ixracını artırmaq niyyətindədir

Bakı. Fidan Babayeva - Trend:

Bu ilin əvvəlindən Azərbaycan pambığı əsasən Türkiyəyə ixrac edilib.

Bunu Trend-ə “Azərbayca Sənaye Korporasiyası”nın Aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, Rusiyadan müəyyən təkliflər var və gələcəkdə bu istiqamətdə pambıq ixracı planlaşdırılır.

Direktor bildirib ki, bu günədək Türkiyəyə 10 354 ton pambıq lifi ixrac edilib. 2019-cu il ərzində Türkiyəyə pambıq ixracından əldə edilən gəlir 13 955 371 dollara bərabər olub:

“Bu il toxum əkini ləngiyib və aprelin 15-də başlayıb. Bunun səbəbi soyuq və yağışlı hava ilə əlaqədar torpaqda zəruri temperaturun olmaması olub”.

İ.Bayramov qeyd edib ki, cari ildə məhsuldarlığı və keyfiyyətin yüksəldilməsi üçün 650 hektar pambıq əkinlərində yeni texnologiyalar və üsullardan, xüsusilə də cüt sıra və damcılı əkin üsullarından istifadə edilmişdir, eyni zamanda Cəmiyət üzrə pivot sistemlər quraşdırılmış 1500 ha sahədə əkin aparılıb:

“Məhsuldarlığın artması üçün gübrələrin vaxtında istifadəsi vacib əhəmiyyət kəsb edir. Bunun üçün torpağa lazımi həcmdə azot və karbamid gübrələri, o cümlədən ammofos və ammonium nitrat daxil edilir”.

Xatırladaq ki, ötən il Azərpambıq ASK MMC üzrə orta məhsuldarlığın xeyli artırılmasına nail olunaraq bir hektardan 28 sentnerə çatdırılıb ki, bu da əvvəlki ilə nisbətən 40% artıqdır. Bu il həmin göstəricinin ən azı 30 sentner olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti