...

Azərbaycan pambıq məhsullarının ixracını artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2020 08:01 (UTC +04:00)
Azərbaycan pambıq məhsullarının ixracını artırmaq niyyətindədir

Bakı. Fidan Babayeva - Trend:

İlin əvvəlindən Azərbaycan pambığı əsasən Türkiyəyə ixrac olunub.

Bunu Trend-ə Azərbaycan Sənaye Korporasiyasının Aqrar İstehsal və Ticarət Departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, Rusiyadan alıcıların müəyyən təklifləri var və gələcəkdə pambığın bu istiqamətdə də ixrac edilməsi planlaşdırılır.

Direktor bildirib ki, hazırkı dövrədək Türkiyəyə 10 354 ton Pambıq lifi ixrac edilib.

İ.Bayramov qeyd edib ki, cari ildə məhsuldarlığı və keyfiyyətin yüksəldilməsi üçün 650 hektar pambıq əkinlərində yeni texnologiyalar və üsullardan, xüsusilə də cüt sıra və damcılı əkin üsullarından istifadə edilmişdir, eyni zamanda Cəmiyət üzrə pivot sistemlər quraşdırılmış 1500 ha sahədə əkin aparılmışdır.

“Məhsuldarlığın artması üçün gübrələrin vaxtında istifadəsi vacib əhəmiyyət kəsb edir. Bunun üçün torpağa lazımi həcmdə azot və karbamid gübrələri, o cümlədən ammofos və ammonium nitrat daxil edilir”.

Xatırladaq ki, ötən il məhsuldarlıq bir hektardan 28 sentner həcmində nəzərdə tutulmuşdu, bu il həmin göstəricinin 30 sentner olması proqnozlaşdırılır. Bunu əvəzinə: ötən il Azərpambıq ASK MMC üzrə orta məhsuldarlığın xeyli artırılmasına nail olunaraq bir hektardan 28 sentnerə çatdıtırılmışdır ki, bu da əvvəlki ilə nisbətən 40% artıqdır. Bu il həmin göstəricinin ən azı 30 sentner olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti