BASF-ın İnşaat Kimyəviləri Bölməsi artıq MBCC Qrupudur və biznes fəaliyyətinə hazırdır

BASF-ın İnşaat Kimyəviləri Bölməsi artıq MBCC Qrupudur və biznes fəaliyyətinə hazırdır

Bakı. Trend:

Mannheim, Almaniya, 1 oktyabr 2020 - MBCC Qrupu, özəl qlobal kapital şirkəti Lone Star Funds tərəfindən satın alındıqdan sonra keçmiş BASF inşaat kimyəviləri bölümündən çıxmışdır və 1 Oktyabr 2020-ci il tarixindən etibarən fəaliyyətə başlamışdır. BASF və Lone Star arasındakı sövdələşmə 30 sentyabr 2020-ci il tarixində bağlanmış və gecə yarısından etibarən qüvvəyə minmişdir. Lone Star şirkəti indi işin yeni sahibidir. MBCC Qrupu, keçmiş 18 ay ərzində BASF Qrupundan ayrılmış və artıq tamamilə müstəqil təşkilatdır.

MBCC Qrupu, dünya miqyasında inşaat kimyəviləri və həllərinin aparıcı təchizatçılarından biridir, tikinti sənayesinin müxtəlif sektorları, o cümlədən binalar, tikililər, yeraltı inşaat, yeni inşaat və təmir üçün innovativ və davamlı məhsullar və həllər təklif edir.

MBCC Qrupu, dünya miqyasında qatqı sistemlərinin tədarükçüləri arasında və olduqca bölünmüş inşaat sistemləri bazarında lider şirkətlər arasındadır.

MBCC Qrupu dünyada 30.000-dən çox müştəri və biznes tərəfdaşlarına xidmət göstərir. Dünya üzrə təxminən 70 şirkətdən ibarətdir və 60-dan çox ölkədə 7500-ə yaxın işçi və inşaat mütəxəssisini əhatə edir. Qlobal və Avropa baş ofisi Almaniyanın Mannheim şəhərində, regional mərkəzi ABŞ-ın Beachwood, Ohio, ABŞ (Amerika), Dubay BƏƏ, (Yaxın Şərq-Rusiya-Afrika) və Sinqapurda (Asiya Sakit Okean bölgəsi) yerləşir.

MBCC Qrupun güclü əsas markaları Master Builders Solutions®, PCI®, Thermotek®, Wolman®, Colorbiotics® və Watson Bowman Acme® bazarlarda yaxşı mövqelərə malikdirlər və 100 ildən çox sənaye irsi və təcrübəsinə malikdirlər.

Dr. Jochen Fabritius Baş İcraçı Direktor vəzifəsinə təyin edildi. Şirkətin yeni sahibləri Dr.Jochen Fabritius'u MBCC Qrupun yeni baş icraçı direktoru (CEO) olaraq təsdiqlədi.

Dr. Fabritius, demək olar ki, bütün karyerasını inşaat sektorunda keçirmiş, inşaat mühəndisidir. O, inşaat sənayesinin yüksək təcrübəli mütəxəssisidir. Ötən illərdə, o 2014-cü ildə qatıldığı Xella şirkətində əvvəlcə baş əməliyyat müdiri (COO) vəzifəsində işləmiş, daha sonra 2017-ci ildən etibarən baş icraçı direktor olaraq çalışmışdır. Bundan əvvəl 15 il McKinsey & Company konsaltinq şirkətində işləmişdir.

O bildirdi ki, “MBCC Qrup’un tam potensialını həyata keçirmək üçün güclü bir qlobal idarəetmə qrupu ilə sıx əməkdaşlıq edən MBCC Qrupuna qoşulduğum üçün çox xoşbəxtəm.

Fürsətdən istifadə edərək bütün əməkdaşları, qlobal pandemiya dövründə və iddialı müddət çərçivəsində uğurla şirkətdən ayrılma prosesini yerinə yetirərək, verdikləri zəhmətə və göstərdikləri fədakarlığa görə təşəkkür etmək istəyirəm”.

MBCC Qrupu diqqətini innovativ, dayanıqlı həllər təqdim etməyə hədəflənir və rəqəmsal dövr üçün yaxşı hazırlanmışdır.

İnnovasiya, yeni MBCC Qrupu şirkətlərinin əsas hərəkətverici qüvvələrindən biri olaraq, qlobal və regional elmi-tədqiqat mərkəzləri şəbəkəsi vasitəsilə güclü şəkildə yerləşdirilmişdir. Almaniyanın Trostberg şəhərində yerləşən qlobal elmi-tədqiqat mərkəzində mütəxəssislər təməl tədqiqatlar və yeni beton texnologiyalar üzərində işləyirlər, eyni zamanda inşaat kimyəviləri və əlaqədar sistem həlləri üçün yeni məhsullar və proseslər hazırlayırlar. Bu mərkəz MBCC Qrupun qatqı sistemləri, yeraltı tikinti və qatranlar üçün innovasiya zəncirinə xidmət göstərir və bütün patent portfelini və qlobal texnoloji layihələri idarə edir. MBCC Qrupu, Şimali Amerika, Avropa, Asiya Sakit Okean və Yaxın Şərq-Rusiya-Afrika bölgələrində regional inkişaf mərkəzlərini idarə edir.

“Dayanıqlı həllər təklif etmək MBCC Qrup portfelinin əsas prinsiplərindən biridir. Bu gün şirkətlər qrupu tərəfindən təklif olunan məhsulların 35%-dən çoxu onsuz da davamlı olaraq hazırlanmışdır. İqtisadi faydaları artırmaq və eyni zamanda qlobal istiləşmənin azaldılmasına töhfə vermək - müştəri ehtiyaclarını ödəmək və yanaşma tərzimizi nümayiş etdirmək və təşviq etmək üsullarından biridir” deyə MBCC Qrupunun Texnologiya üzrə Baş direktoru Dr. Sven Asmus bildirmişdir.

Master Builders Solutions mütəxəssisləri, Avropalı müştərilərlə əməkdaşlıq edərək, üstün kimyanın müştərilərin məhsuldarlığını artırmağa və əməliyyat xərclərini və karbon qazı buraxılışını azaltmağa necə imkan verdiyini nümayiş etdirən seçilmiş nümunəvi halları təqdim edirlər. İstismar Dövrü Analizatoru kimi xarici qiymətləndirmə vasitələri əldə edilən faydaları ölçür.

Daha ətraflı məlumatı www.sustainability.master-builders- solutions.com səhifəsindən əldə edə bilərsiniz.

Tikinti sənayesində rəqəmsallaşmanın artması ilə bağlı güclü tendensiya, MBCC Qrupun rəqəmsal təklifində də öz əksini tapır. Master Builders Solutions, Watson Bowman Acme, Thermotek, Senergy ™ və Finestone® markaları üçün 700-dən çox BİM (Binanın informasiya modelləşdirilməsi) obyekti və davamlı artan obyekt bazası olan MBCC Qrup, inşaat kimyəviləri sənayesindəki ən böyük BİM portfelini təklif edir. Obyektlər bir çox qlobal BİM kitabxanasında və verilənlər bazasında mövcuddur və bütün müvafiq məlumatlar və giriş hüququ aşağıdakı internet səhifəsində təmin edilir: https://virtual-design.basf.com/global/

MBCC Qrupu, BMM-ə əlavə olaraq müxtəlif həll yolları, hesablama alətləri və digər rəqəmsal xidmətlər də təklif edir: Buna bir nümunə Master Builders Solutions tərəfindən təqdim olunan Onlayn Planlaşdırma Alətidir. Bu spesifikasiya aləti inşaat mütəxəssislərinə layihələri üçün tez və asanlıqla doğru həll yollarını tapmaqda kömək etməklə yanaşı, dəyişən layihə tələblərinə də çevik şəkildə uyğunlaşmağa imkan yaradır və layihə planlaşdırma prosesinin hər mərhələsində mühüm məlumatlar verir.

Daha ətraflı məlumatı aşağıdakı səhifədən əldə edə bilərsiniz: https://online-planning.master-builders-solutions.com/en/uk

Mətbuat şəkillərini qlobal internet səhifəmizdəki xəbərlər bölməsindən əldə edə bilərsiniz: www.mbcc-group.com

MBCC Qrupu haqqında

MBCC Qrupu, dünya miqyasında inşaat kimyəvilərinin və həllərinin aparıcı təchizatçılarından biridir və Lone Star Funds tərəfindən satın alındıqdan sonra keçmiş BASF inşaat kimyəviləri bölməsindən ayrılmışdır. Biz tikinti sənayesinin müxtəlif sektorları, o cümlədən binalar, yeni tikililər, yeraltı inşaat və təmir üçün innovativ və davamlı məhsullar və həllər təklif edir. Bizim əsas güclü markalarımız Master Builders Solutions®, PCI®, Thermotek®, Wolman®, Colorbiotics® və Watson Bowman Acme® bazarlarda yaxşı mövqelərə malikdirlər.

İnnovasiyalarımızla sənayedə dayanıqlılıq problemlərini həll edirik. MBCC Qrupu dünya miqyasında təxminən 70 şirkətdən ibarətdir və 60-dan çox ölkədə 7500-ə yaxın işçi və inşaat mütəxəssisini əhatə edir. MBCC Qrupu, Lone Star Fund XI-nin bir hissəsidir və fond birjalarında qeyd olunmamışdır.

Daha ətraflı məlumatı üçün bu səhifəyə müraciət edin: www.mbcc-group.com

Biz dayanıqlı fəaliyyət qururuq.

“Master Builders Solutions Azerbaijan” MMC şirkəti haqqında

“Master Builders Solutions Azerbaijan” MMC şirkəti, MBCC Qrup şirkətlər qrupuna daxildir. Şirkət 2006-cı ildən etibarən Sumqayıt şəhərinin yaxınlığında öz fabrikasını qurmaqla, Azərbaycanda fəaliyyətdədir, bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir.

Şirkətimiz inşaat kimyavilərindən: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksid və poliuretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti kimyəviləri istehsal edir.

Daha ətraflı məlumatı üçün bu səhifəyə müraciət edin: www.master-builders- solutions.com

Yaponiya koronavirusa qarşı tədbirləri sərtləşdirir
Yaponiya koronavirusa qarşı tədbirləri sərtləşdirir
Məşhur geyim brendlərinin yalanının üstü açılıb
Məşhur geyim brendlərinin yalanının üstü açılıb
İtaliya və İspaniyanı qarlı və şaxtalı hava cənginə alıb
İtaliya və İspaniyanı qarlı və şaxtalı hava cənginə alıb
Loading Bars
Xəbər lenti
Bu il 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)
Göygöldə it döyüşdürən şəxslər saxlanılıb (FOTO)
Supsa terminalından Azərbaycan nefti yüklənmiş 1000-ci tanker yola salınıb
Yaponiya koronavirusa qarşı tədbirləri sərtləşdirir
ABŞ Pfizer peyvəndinin "buster" dozasını 16-17 yaşlılar üçün təsdiq edə bilər
Məşhur geyim brendlərinin yalanının üstü açılıb
Avstriyada peyvənddən imtina edənləri cərimələmək və həbs etmək təklif olunur
ÜST dünya ölkələrinə "omikron" ştammına qarşı fəaliyyət planı hazırlamağı tövsiyə edib
İtaliya və İspaniyanı qarlı və şaxtalı hava cənginə alıb
Ronaldo Ballon d'Or 2021 mükafatlandırma mərasimində iştirak etməməyinin səbəbini açıqlayıb
Dəridəki qançırlar xərçəngin göstəricisi ola bilər
Bayden omikron ştammı ilə bağlı panikaya düşməməyə çağırır
"Google" Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib
NATO-nun baş katibi Rusiya ilə dialoqa inandığını bildirib
Johnson & Johnson "omikron" ştammına qarşı peyvəndin hazırlanmasına başlayıb
Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına layiq görülüb
Levandovski 2021-ci ilin hücumçusu seçilib
Pfizer şirkətin PAXLOVID preparatının "omicron" ştammına qarşı effektivliyinə əmindir
"Omicron" ştammının simptomları nələrdir və necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
Yevlaxda ailənin 5 üzvü dəm qazından zəhərlənib
Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb
Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb
Azərbaycan Sakit Okean Alyansı təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunub
Azərbaycanla Aİ arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Cek Dorsi "Twitter"-in baş direktoru vəzifəsindən istefa verib
Şimal-Cənub dəhlizinin reallaşması İran-Azərbaycan münasibətlərində canlanmaya səbəb olub - TƏHLİL
Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edilib
"SOCAR Türkiyə" "Merkury" layihəsi ilə bağlı yekun qərarın müddətini açıqlayıb
Bolqarıstan Azərbaycandan razılaşdırılmış qaz həcminin yalnız üçdəbir hissəsini əldə edir - Səfir
Dörd restoran və bir çay evində pozuntular aşkarlanıb
Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı Qərar qəbul edib
Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb
COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib (FOTO)
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Bütün xəbərlər