...

"Vestel Azərbaycan"dan qazandıran yenilik

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2021 10:02 (UTC +04:00)
"Vestel Azərbaycan"dan qazandıran yenilik

Bakı. Trend:

Türkiyənin texnologiya nəhəngi – Vestel Azərbaycanda möhtəşəm yeniliyə imza atıb.

Azərbaycanlı müştərilərinə daha yaxın olmaq istəyən Vestel yenilənmiş vebsaytını istifadəyə verib.

Yeni vebsaytda ilk diqqətçəkən və Vestel-i rəqiblərindən fərqləndirən özəllik onlayn alış-veriş üstünlüyüdür. Açılışa özəl olaraq yeni saytdan alış-veriş edərkən bütün mövcud endirimlərlə yanaşı, əlavə 10%-ə qədər də endirim qazanırsınız.

Evində keyfiyyəti seçənlər artıq birbaşa Vestel.az saytından rəqəmsal cihazları, böyük və kiçik məişət texnikasını və digər texnoloji məhsulları sifariş edə bilər. Ödənişi isə həm onlayn, həm qapıda nağd, həm də taksit kartları ilə etmək mümkündür.

Kampaniyalar bununla da yekunlaşmır. Ramazan ayı ərzində Vestel.az saytında kredit kartları ilə ödənilən bütün sifarişlər ilkin ödənişsiz, faizsiz, xidmət haqqısız və 18 aya qədər taksit imkanı ilə təklif edilir.

Üstəlik Vestel.az saytından məhsul sifariş edərkən Bakı, Sumqayıt və Abşeron ərazisi üzrə 4 saata, regionlara isə 24 saata pulsuz çatdırılma və quraşdırılma xidmətindən yararlana bilərsiniz.

Xatırladaq ki, keyfiyyətli Türkiyə texnologiyası ilə bütün dünyada xidmət göstərən Vestel-in Azərbaycanda rəsmi distributoru Optimal mağazalar şəbəkəsidir.

https://www.youtube.com/watch?v=ytsFbjok90c

Xəbər lenti

Xəbər lenti