...

AYİB Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2021 13:20 (UTC +04:00)
AYİB Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını açıqlayıb

Bakı. Zeyni Cəfərov - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempinin 2 faiz təşkil edəcəyini proqnozlaşdırır.

Trend bu barədə AYİB-in "Regional Economic Prospects" iyun hesabatına istinadən məlumat verir.

Bundan əvvəlki hesabatda da ÜDM-in 2021-ci ildə 2 faiz artacağı proqnozlaşdırılırdı.

Hesabata əsasən, 2022-ci ildə isə Azərbaycan iqtisadiyyatının artım tempi 2,5 faizə bərabər olacaq.

Qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının mərhələli bərpası əsasən qeyri-neft sektorunun hesabına qeydə alınır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti