...

Azərbaycan və Misir KOB-ları arasında əməkdaşlıqla bağlı sənəd imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2022 13:54 (UTC +04:00)
Azərbaycan və Misir KOB-ları arasında əməkdaşlıqla bağlı sənəd imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan Trend-ə verilən məlumata görə, sənədi Misir Ərəb Respublikasının Beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Mashat və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Memorandum hər iki ölkənin KOB-ları arasında, xüsusilə startap və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili kimi istiqamətləri əhatə edir.

Komissiyanın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti