Bakı. Sədrəddin Ağcayev - Trend:
Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında qlobal tədarük zəncirində rolunun artması gözlənilir.
Trend-in məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, son dövrlərin hadisələri Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun artan potensialını nümayiş etdirir.
"Birincisi, bu marşrutun potensialı və qısa və ortamüddətli perspektivdə artmaqda olacaq. Bu marşrut təkcə region ölkələri üçün deyil, həm də dənizə çıxışı olmayan ölkələr üçün, eləcə də Çin və Avropa arasında logistikanın yaradılması baxımından maraq kəsb edir. İkincisi, ölkəmiz logistika qovşağına çevrilməyin astanasındadır. Qara dəniz limanlarından konteynerlər artıq Bakı limanına çatdırılır və biz bundan sonra paylayıcı mərkəz rolunu oynayacağıq. Üçüncüsü, Zəngəzur dəhlizinin reallaşdırılması həm Şimal-Cənub marşrutu üzrə, həm də Mərkəzi Asiya və Çindən, eləcə də Aralıq dənizi regionundan yüklərin daşınmasını əhatə edəcək. Azərbaycanın nəqliyyat infrastrukturu Avropa və Mərkəzi Asiya ölkələri arasında arasında dayanıqlı tədarük zəncirini reallaşdırmağa imkan verəcək", - deyə o bildirib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)