Bakı. Sədrəddin Ağcayev - Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücü tələb və təklifə uyğun olaraq tədricən artırılacaq.
Trend-in məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, hazırda limanın yükaşırma gücü ildə 15 milyon ton təşkil edir.
"2021-ci ildə liman 5,6 milyon ton yük aşırıb. Hazırda Bakı limanının ərazisində mineral gübrələrin aşırılması üçün terminal inşa olunur. Həmçinin, dənəvər yüklərin aşırılması terminalının tikintisi planlaşdırılır", - deyə o bildirib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)