...

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı dinamik şəkildə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2022 11:21 (UTC +04:00)
Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı dinamik şəkildə artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı dinamik şəkildə artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

Onun sözlərinə görə, istehsal sektoru dörd dəfə, kənd təsərrüfatı iki dəfə artıb. Həmçinin, onilliklər ərzində dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin təşviqi, investisiya potensialının artırılması üçün bir sıra işlər görülüb.

“Azərbaycan iqtisadiyyatının qarşılaşdığı mənfi fəsadlara baxmayaraq, bu gün biz iqtisadi artımı sürətləndirən addımlar atmaqda davam edirik”, - deyə M.Cababrov bildirib.

Nazir qeyd edib ki, iqtisadiyyatın inkişafı kiçik və orta biznesin inkişafı ilə sıx bağlıdır.

“2021-ci illə müqayisədə 2022-ci ildə iqtisadiyyat, valyuta ehtiyatları və digər makroiqtisadi göstəricilər dinamik artım nümayiş etdirir”, - M.Cabbarov deyib.

O bildirib ki, hökumət kiçik və orta biznesə dəstək məqsədilə biznesin xaricə çıxışının sadələşdirilməsi üçün şərait yaradır.

“Burada söhbət yerli istehsal çeşidlərinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və digər tədbirlərdən gedir”, - nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti