...

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində ixrac potensialının artırılması üzrə proqram hazırlanır - Nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2022 11:26 (UTC +04:00)
Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində ixrac potensialının artırılması üzrə proqram hazırlanır - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində ixrac potensialının artırılması üzrə proqram hazırlanır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

“Bu işlər yeni iş yerlərinin yaradılmasına, dövlət əmlakının hərraclarda alqı-satqısı prosedurlarının sadələşdirilməsinə xidmət edir”, - nazir deyib.

M.Cabbarovun sözlərinə görə, maliyyə sektorunda da sahibkarlıq sahəsinə maliyyə alətlərinin əlçatanlığının sadələşdirilməsi üçün yeni proqram hazırlanır.

“Qeyd etmək istəyirəm ki, bu gün məhz yerli sahibkarlığa investisiyaları artırmaq lazımdır. Mən əminəm ki, bu proqram məhz bu məqsədə xidmət edir”, - M.Cabbarov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti