...

"Twitter"-in ötən rübdə əldə etdiyi gəlir açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2022 03:57 (UTC +04:00)
"Twitter"-in ötən rübdə əldə etdiyi gəlir açıqlanıb

Bakı. Trend:

"Twitter" şirkətinin gəlirləri ötən rübdə 1,2 milyard dolları ötüb.

Trend xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc etdiyi maliyyə hesabatında deyilir.

Martın 31-də başa çatan üç aylıq dövr ərzində "Twitter"-in gəliri illik müqayisədə 16% artıb. Bu ilin ilk üç ayında şirkətin mənfəəti 513,2 milyon dollar təşkil edib. Şirkətin maliyyə göstəriciləri ekspertlərin gözləntilərini doğrultmayıb. Belə ki "Twitter"-in azı 1,23 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılırdı.

Şirkətin sahibkar İlon Mask tərəfindən satın alınması fonunda, "Twitter" növbəti rüb üçün öz maliyyə proqnozunu dərc etmiyib. Bununla əlaqədər tviterin şəxsi şirkət olacağı səbəbindən gələcəkdə ümumiyyətlə gəlirlər haqqında rüblük hesabatın dərc edilməyəcəyi istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti