...

“Veysəloğlu”da yeni rəqəmsallaşma erası (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2022 11:08 (UTC +04:00)
“Veysəloğlu”da yeni rəqəmsallaşma erası (FOTO)

Bakı. Trend:

Veysəloğlu Şirkətlər Qrupunda 2020-2025-ci illər ərzində davam edəcək SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox vəsait yatırılıb.

SAP nədir?

Rəqəmsallaşma ilə bağlı olduğu anlaşılan SAP abreviaturası əslində alman mənşəli bir şirkətin adıdır və açıqlaması belədir: Systemanalyse Programmentwicklung - ingilis dilində System Analysis Program Development. Dilimizə isə aşağıdakı kimi tərcümə edilə bilər: sistemlərin təhlili üzrə proqram yaradılması.

1972-ci ildə Almaniyada yaradılmış “Systemanalyse Programmentwicklung” adlı şirkət daha sonra qısaca SAP olaraq tanınmağa başlamışdır. Hazırda qlobal olaraq əməliyyat gəlirlərinin 77%-i SAP sistemi üzərindən həyata keçirilir.

Ənənəvi biznes necə dəyişir?

Ənənəvi biznes modellərində məlumat əsasən mərkəzləşməmiş idarə olunur, sadə dillə desək, hər bir biznes funksiyası/departament öz əməliyyatlarına aid məlumatları özündə saxlayır. Bu isə müxtəlif funksiyalarda çalışan əməkdaşlara bir-birilərinin məlumat bazasından faydalanmağa imkan vermir. Bundan başqa, bəzi departamentlər özləri də bilmədən eyni işi görürlər. Həmçinin böyük həcmli məlumatın İT bazasında saxlanılması xərcləri də artırır.

Son dövrlərdə şirkətlər rəqəmsallaşmanın və məlumatların vahid sistemdə mərkəzləşməsinin effektivlik üçün mütləq olduğunu anlamağa başlayıblar. Böyük şəklə baxdıqda, rəqəmsallaşmanın yalnız bir biznesin ehtiyacı deyil, dayanıqlı inkişaf üçün əsas amillərdən biri olduğu görünür. Şirkətlər digər əməliyyat xərcləri ilə bərabər, bəzən isə daha çox rəqəmsallaşma istiqamətinə investisiya yatırırlar.

Veysəloğlu Şirkətlər Qrupunda SAP

Veysəloğlu Şirkətlər Qrupunda 2020-2025-ci illər ərzində davam edəcək SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox vəsait yatırılıb. Qrupa daxil olan distribusiya şirkətində cari ilin yanvar ayından etibarən SAP S/4HANA platformasına keçid baş verib. Qeyd edək ki, SAP S/4HANA müəssisə resurslarının planlaşdırılması üzrə dünyada lider sistem olaraq ən uğurlu pərakəndəçilərin seçimidir.

Bu rəqəmsal layihə şirkətin logistika, daşınmaz əmlakın idarə edilməsi, satış və satınalma, istehsalat, insan resursları daxil olmaqla, bütün departamentlərini əhatə edir. Proqramın 24 modulunun eyni anda tətbiqi şirkətin bütün əməliyyat sistemlərinin etibarlı şəkildə işlədiyindən əmin olmağa, eləcə də prosesləri tez və səmərəli şəkildə genişləndirməyə imkan verəcək.

“Veysəloğlu” bu rəqəmsallaşma ilə nə qazanacaq?

SAP 19,000 nəfərdən çox əməkdaşı olan Şirkətlər Qrupunda məlumatları yüksək səviyyədə idarə etməyə, eyni işin bir neçə şəxs/funksiya tərəfindən təkrar icrasının qarşısını almağa və mükəmməl təhlil və proqnozlar əldə etməyə imkan yaradır. Bu isə öz növbəsində şirkətin beynəlxalq rəqabətə davamlılığını artırmağa, xərcləri azaltmağa, məlumatların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasına və biznes proseslərin yüksək effektivliyinə xidmət edəcək.

Veysəloğlu Şirkətlər Qrupunda Rəqəmsal Transformasiya direktoru Özgür Kakmacı: “SAP sayəsində bütün biznes proseslər əvvəldən axıra qədər bir sistemdə idarə olunur, bununla da “ucdan-uca” prinsipi ilə bütün proseslərin izlənilməsi mümkündür. Bu rəqəmsallaşma həm proseslər, həm də əməkdaşların inkişafı üçün faydalıdır. Artıq SAP üzrə 45 nəfər mütəxəssis yetişdirilib. Bu isə yalnız bizim şirkətimiz üçün deyil, ölkənin əmək bazarı üçün bir qazancdır”.

SAP ilə “Veysəloğlu” əməkdaşlarının həyatı necə dəyişiləcək?

Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü Natəvan İbrahimova: “Qrupumuzun davamlı inkişafının SAP ilə birlikdə daha dayanıqlı və beynəlxalq təcrübəyə uyğun olacağına inanırıq. Bizim üçün SAP yalnız proseslərin effektivliyini artırmaq vasitəsi deyil, eyni zamanda əməkdaşların inkişafı üçün də ciddi bir yatırımdır”. SAP sistemi ilə bağlı prosesə tam yiyələnmək üçün əməkdaşlar mütəmadi olaraq təlimlərə və imtahanlara cəlb olunurlar. SAP-ni yaxşı anlayan və real işində tətbiq etməyi bacaran əməkdaş beynəlxalq təcrübəyə çıxış imkanı əldə edir, səmərəliliyi artır və çeviklik qazanır. Bu isə potensialı və karyera hədəfləri olan hər bir şəxs üçün əla fürsətdir.

Bu layihə nəticəsində əməkdaşlar prosesləri daha rahat izləyəcək, planlaşdıracaq və daha dəqiq hesabatlar əldə edə biləcəklər. Bu isə komanda üzvlərinin iş performasına, nəticə etibarilə karyera yüksəlişinə öz təsirini göstərəcək.

Rəqəmsallaşma ilə rəqabət qabiliyyətini artırmaq mümkündürmü?

“SAP Azərbaycan” şirkətinin icraçı direktoru Svetlana Yankina: “SAP S/4HANA biznes proseslərinin rəqəmsal əsasını təşkil edir və şirkətlərə xarici çağırışlara dərhal reaksiya verməyə, böyük həcmli məlumatla işləməyə və biznes modellərini çevik olaraq şərtlərə uyğunlaşdırmağa imkan verir. Rəqəmsal texnologiyalar artıq uzun müddətdir ki, dünyanı idarə edir və yalnız bu trendlə ayaqlaşanlar sərt rəqabətdə qalib gələ və bizneslərini genişləndirə biləcəklər. Əminəm ki, Veysəloğlu Şirkətlər Qrupunun rəqəmsal transformasiyası yalnız yerli deyil, beynəlxalq bazarın oyunçusu olmaq hədəfi olan digər şirkətlər üçün də yaxşı bir nümunə olacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti