...

Azərbaycanda aqrar sahədə qadın sahibkarlara verilən kreditin həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2022 12:02 (UTC +04:00)
Azərbaycanda aqrar sahədə qadın sahibkarlara verilən kreditin həcmi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə kənd təsərrüfatının inkişafı məqsədilə 375 qadın sahibkara 4 milyon 262 min manat məbləğində kredit verilib.

Trend-in məlumatına görə, bunu bu gün kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, güzəştlər 3,204 milyon manat təşkil edib.

"2021-2022 təsərrüfat ili ərzində dövlət büdcəsi vəsaitləri hesabına Azərbaycanda 56,4 min manat subsidiyalar ödənilib", - İ.Qədimova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti