...

KOBİA 40 sərgidə 100-dən çox sahibkarın məhsullarını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2022 11:05 (UTC +04:00)
KOBİA 40 sərgidə 100-dən çox sahibkarın məhsullarını təqdim edib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti Azərbaycanın ixrac potensialının genişlənməsinə yönəlib.

Trend-in məlumatına görə, bunu noyabrın 30-da KOBİA İdarə heyətinin sədr müavini Samir Hümbətov "Ticarət və ixracat" adlı forum zamanı deyib.

Onun sözlərinə görə, agentlik bu istiqamətdə digər strukturlarla yanaşı genişmiqyaslı layihələr reallaşdırır.

"Biz "Made in Azerbaijan brendi ilə azərbaycanlı sahibkarların məhsullarını xarici bazarlardan təqdim edirik. Ötən müddət ərzində biz 100-dən çox sahibkarın məhsullarını 40 sərgidə nümayiş etdirmişik", - deyə o bildirib.

S.Hümbətov vurğulayıb ki, bu ilin əvvəlindən Azərbaycanın ixracı 47 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti