...

FAO və Azərbaycan tərəfdaşlıq proqramının ikinci mərhələsini imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2023 12:14 (UTC +04:00)
FAO və Azərbaycan tərəfdaşlıq proqramının ikinci mərhələsini imzalayacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan əməkdaşlıq proqramı çərçivəsində səkkiz müxtəlif istiqamətdə fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bu barədə FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev FAO-nun Azərbaycandakı birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.

Onun sözlərinə görə, bu il FAO ilə Azərbaycan arasında tərəfdaşlıq proqramının ikinci mərhələsinin imzalanması gözlənilir.

"Xatırlatmaq istəyirəm ki, biz Azərbaycanda Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə, həmçinin Qida Təhlükəsizliyi Agentliyi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz Agentliklə birinci növbədə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunmasına yönəlmiş layihələr üzrə çalışırıq. Bizim həmçinin adıçəkilən nazirliklərlə də birgə layihələrimiz mövcuddur", - köməkçi deyib.

Qeyd edək ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Tərəflər birlikdə kənd təsərrüfatı sahəsində 60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən qida təhlükəsizliyi yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti