...

2022-ci ildə Azərbaycanda subsidiyalaşdırılmış kreditlərin həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2023 15:20 (UTC +04:00)
2022-ci ildə Azərbaycanda subsidiyalaşdırılmış kreditlərin həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda subsidiyalaşdırılmış kreditlərin həcmi 26,1 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xaliyev 2022-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu vəsait əsasən pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektləri üçün ayrılıb.

"Bütün bu vaxt ərzində bizə subsidiyalaşdırma üçün 6,338 min müraciət daxil olub, onların 5,052 mini üzrə 877,4 milyon manat ayrılıb", - sədr əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına əsasən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən kiçik və orta sahibkarlıq layihəsi ücün 104,2 milyon manat güzəştli kredit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti