...

Mastercard rüblük gəlirini 11% artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2023 01:01 (UTC +04:00)
Mastercard rüblük gəlirini 11% artırıb

Bakı. Trend:

2023-cü ilin birinci rübündə dünyanın ən böyük ödəniş sistemlərindən birinin operatoru olan "Mastercard Inc" gəlirlərini 11% artırsa da, xalis mənfəəti 10% azalıb.

Trend xəbər verir ki, yanvar-mart aylarında şirkətin gəliri bir il əvvəlki 5,17 milyard dollara qarşı 5,75 milyard dollar təşkil edib. "FactSet" tərəfindən sorğu edilən ekspertlər gəlirin orta hesabla 5,64 milyard dollar olacağını gözləyirdilər.

"Şirkətin nəticələri istehlakçı xərclərində davamlı dayanıqlığı və xaricə səyahətlərdə davam edən bərpanı əks etdirir", - deyə "Mastercard"ın baş icraçı direktoru Maykl Mibax deyib.

Dünya üzrə "Mastercard" kartlarından istifadə etməklə yerli valyutada ödənişlərin ümumi həcmi son rübdə 15% artaraq 2,1 trilyon dollara çatıb, transsərhəd əməliyyatların həcmi isə 35% artıb.

"Mastercard"ın birinci rübdə xalis gəliri 2,36 milyard dollar təşkil edib (bir il əvvəl 2,63 milyard dollar). Səhm üzrə mənfəət 2,68 dollardan 2,47 dollara düşüb.

2023-cü ilin əvvəlindən şirkətin kapitallaşması 6,2% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti