...

"Muğan Bank"da sığortasız əmanətlərin 61 milyonu bir şəxsə məxsusdur - AMB sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2023 17:45 (UTC +04:00)
"Muğan Bank"da sığortasız əmanətlərin 61 milyonu bir şəxsə məxsusdur - AMB sədri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Muğan Bank" ASC-nin sığortalanmamış əmanətləri 102 milyon manatdır.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

"Bu 102 milyon manatın 76 milyonu fiziki şəxslərə məxsusdur. 76 milyon manatın 61 milyon manatı bir fiziki şəxsə, 26 milyon manat isə hüquqi şəxslərə məxsusdur. Bunların 50 faizi iki şirkətə məxsusdur. Məhz bu səbəbdən qeyd edirəm ki, "Muğan Bank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir göstərməyəcək", - o deyib.

Xəbər yenilənəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti