...

Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2023 10:56 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord Azərbaycana səfər edəcək.

Diplomatik mənbədən Trend-ə verilən məlumata görə, Malkolk Offordun Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında iştirak edəcəyi planlaşdırılır.

Qeyd edək ki, son otuz il ərzində Böyük Britaniya Azərbaycanda ən böyük fərdi investordur. 1995-2022-ci illər ərzində Böyük Britaniyanın Azərbaycana investisiyaları 84 milyard ABŞ dollarını keçib ki, bu da birbaşa xarici investisiyaların həcminin 280 milyard dollara çatmasına səbəb olub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,2 milyard funt sterlinq olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti