Bakı. Trend:
Azərbaycanın qeyri-neft ixracını stimullaşdırmaq məqsədilə müvafiq layihələr hazırlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"Gömrük nəzarətinin və qeydiyyat prosedurlarının tam avtomatlaşdırılmasına nail olunub. Yeni çağırışlara cavab olaraq, gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intellekt əsasında layihələrin tətbiqi prioritet istiqamətlərdən biridir. İxracın təşviqi çərçivəsində, qeyri-neft ixracını stimullaşdırmaq və ölkənin iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi məqsədilə mühüm istiqamətlər üzrə layihələr həyata keçirilir. Bu barədə məlumatlar yaxın vaxtlarda təqdim olunacaq", - o qeyd edib.