Azərbaycan respublikası qiymətli kağızlar üzrə Dövlət Komitəsi hesab edir ki, bütün iri müəssisələrdə dövlətə məxsüs payların ən az 30%-i Bakı fond birjası tərəfindən özəlləşdirilməlidir. "Trendin" məlumatına görə, bu barədə sədri Heydər Babayev sentyabrın 9-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun zözlərinə görə, iri müəssisələrdə dövlətə məxsüs payların, o cümlədən də Azerselldə düzgün, şəffaf, sərfəli satış yolu fond bircasıdır. Bu əhalinin vəsaitlərinin cəlb edilməsinin də ən yaxşı yoludur.
"Əgər hökumət tərəfindən Azərsellin səhmlərinin fond bircasında satılmasına qərar verilsə, bu çox yaxşı nəticələrə gətirib çıxara bilər. "Lakin biz qərar qəbul edən qurum deyilik , biz yalnız öz təkliflərimizi təqdim edirik" - deyə o qeyd edib.
H.Babayev həm də qiymətli kağızlar bazarında nəzarətin həyata keçirilməsi məsələsinə toxunub. O qeyd edib ki, hazırda bazarda 21 şirkət tərəfindən malların və xidmətlərin göstərilməsi ilə müşahidə olunan lotereya oyunları keçirilir. "Bunun həyata keçirilməsi üçün biz heç bir lisenziya vermirik , sadəcə qanunun tələblərinə üyğun olaraq onlar komitəyə lotereyanın əsasları ilə bağlı məlumat verməlidirlər.
Əgər bu məlümatlarda qanüna zidd bir fakt aşkarlanmirsa, onun keçirilməyinə icazə verilir" - o bildirib. Komitə sədri sözügedən 21 şirkət arasında hələlik şər hansı qanun pozuntusunun qeydə alınmadığını qeyd edib.