...

TRACECA PROQRAMLARI ÇƏRÇİVƏSİNDƏ 3 REGİONAL LAYİHƏNİN GERÇƏKLƏŞDİRİLMƏSİ OKTYABRIN ƏVVƏLİNƏ PLANLAŞDIRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2005 13:43 (UTC +04:00)

TRACECA proqramları çərçivəsində 3 regional layihənin gerçəkləşdirilməsi oktyabrın əvvəlinə planlaşdırılıb.Bu barədə Trend ə TRACECA Hökumətlərarası komissiyasının Azərbaycanda milli katibi Akif Mustafayev bildirib.

Bundan öncə, layihələrin gerçəkləşdirilməsi sentyabra planlaşdırılırdı, amma Avropa komissiyası tərəfindən tenderin layihələri gerçəkləşdirən qalibləri hələlik müəyyən edilməyib. "Qaliblərin tezliklə seçilməsi nəzərdə tutulur və layihələrin gerçəkləşdirilməsinə oktyabrın birinci ongünlüyündə başlanılacaq.Layihələr 1 il ərzində davam etdiriləcək" -deyə o qeyd edib.Bu layihələrdən biri "TRASESA dəhlizində təhlükəli yüklərin daşınmasının tənzimlənməsi"dir. Layihədə Azərbaycandan başqa, TRACECA proqramlarının üzvü olan daha 5 ölkə də iştirak edir.

İkinci layihə - "Ekspeditor və daşıyıcıların ixtisasartırma kursları"dır.Burada TRASESA proqramlarının üzvü olan 10 ölkə iştirak edir. Bu istiqamətdə kad hazırlığının böyük əhəmiyyəti vardır.

Üçüncü layihə "Dəniz nəqliyyatı işçiləri üçün treninq"dir.Burada Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Ukrayna iştirak edir.

Xəbər lenti

Xəbər lenti