...

Vergilər Nazirliyi noyabr ayında 43 cinayət işi qaldırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2005 17:56 (UTC +04:00)

Noyabr ayında Vergilər Nazirliyinin vergi cinayətlərinin ilkin araşdırılması üzrə Departamenti qanunsuz sahibkarlıq və vergidən yayınma faktları ilə bağlı 43 cinayət işi şaldırıb. Vergilər Nazirliyinin press-relizinə istinadən Trend xəbər verir ki, CM-nin 213.4 maddəsi üzrə dövlət büdcəsinə ödənilməmiş və ümumi məbləği 141, 943 milyard manat üzrə cinayət işi qaldırılıb. Noyabr ayında CM-nin 213.3 maddəsi üzrə ümumi məbləği 225,7 milyon manat olan iki fakt aşkar edilib.

Bununla yanaşı, Departamentin əməkdaşlarının həyata keçirdikləri işlər nəticəsində sahibkarlıq fəaliyyətinin qanunsuz həyata keçirilməsi ilə bağlı faktlar aşkar edilib ki, bu zaman 4,480 mlrd. manatlıq vergidən yayınma faktı qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti