...

Azərbaycanın yeni "Azərkredit" bankının rəsmi açılışı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 17:06 (UTC +04:00)

Bu gün Azərbaycanın yeni "Azərkredit" bankının rəsmi açılışı olub. Banka 2005-ci il dekabrın sonunda Milli Bankın idarə heyətinin qərarı əsasında bank xidmətlərinin göstərilməsi ilə bağlı lisenziya verilmişdi. Trend in məlumatına görə, bankın idarə heyətinin sədri Zahir Əliyev təqdimetmə mərasimində bildirib ki, bank səhmdarlarının qərarı ilə, fəaliyyətinin ilk üç ili "Azərkredit" üçün institusional təşəkkül ili olacaq.

Onun sözlərinə görə, bankın qısa və uzunmuddətli strategiyasına əsasən, beynəlxalq bazara çıxış, filial şəbəkəsinin genişləndirilməsi, korporativ idarəetmə sisteminin yaradılması və bütövlükdə bütün bank xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Yeni bank qanunvericiliyinə əsasən bank Azərbaycanın 11 fiziki şəxsinin təsisçiliyi ilə açıq səhmdar cəmiyyəti olaraq yaradılıb. "Azərkredit"in Nizamnamə Kapitalı $5 mln. təşkil edir. İdarə heyəti sədrinin sözlərinə görə, bank aktiv marketinq fəaliyyəti, kredit, depozit siyasəti aparmağı və yeni bank məhsulları tətbiq etməyi planlaşdırır.

"2005-ci il Azərbaycanın bank sistemi üçün depozit, kredit portfeli, kapitalın artırılması, eləcə də bank xidmətlərinin genişləndirilməsi sahəsində uğurlu olub.Bu gün Azərbaycanın bankları xarici banklarla rəqabət apara bilər" -deyə təqdimetmə mərasimində AMB kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin rəhbəri Rüfət Aslanlı qeyd edib. Azərbaycan banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev öz növbəsində bildirib ki, yeni bank üçün ölkənin bank bazarında işləmək həm çətin, həm də asan olacaq.Çətinliklər onunla bağlıdır ki, artıq bank sistemi yaradılıb, rəqabət mühiti formalaşdırılıb.Artıq bank qanunvericiliyinin və infrastrukturun formalaşdırılması isə "Azərkredit"ə asan olacaq. "Mən ümid edirəm ki, daxili və xarici ehtiyatların cəlb edilməsi ilə "Azərkredit" bankı ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək" -deyə Z.Nuriyev öz qənaətini bildirib.

Xəbər lenti

Xəbər lenti