...

Azərbaycana "quş qripi" ilə mübarizə çərçivəsində 1500 dəst xüsusi kostyum gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2006 10:49 (UTC +04:00)

Fevralın 8-də Azərbaycana "quş qripi" ilə mübarizə çərçivəsində 1500 dəst xüsusi kostyum gətirilib və Kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə verilib. Trend in xəbər verdiyi kimi, bu barədə Baytarlıq xidmətinin press-relizində bildirilir.

Məlumatda o da qeyd olunur ki, fevralın 9-dan başlayaraq bu kostyumlar siyahı üzrə Azərbaycanın regional məntəqələrinə paylanacaq.

Qeyd edək ki, Azərbaycana bu cür yardımın göstərilməsinə dair qərar ABŞ Dövlət Departamentinin nümayəndəsi Anna Dersinin rəhbərlik etdiyi nümayəndə heyətinin 2006-cı il yanvar ayının sonunda ölkəmizə səfəri zamanı qəbul edilib.

Xəbər lenti

Xəbər lenti