...

Natiq Qasımov: Azərbaycanın vergilər Nazirliyi TUSIAB ilə əməkdaşlığı davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 21:08 (UTC +04:00)

Azərbaycanın vergilər Nazirliyi gələcəkdə də müxtəlif ictimai təşkilatlarla, o cümlədən Azərbaycan-Türkiyə Beynəlxalq sənayeçilər və iş adamları birliyi (TUSIAB) ilə tərəfdaşlıq münasibətlərini genişləndirməyi planlaşdırır. Trend bildirir ki, fevralın 17-də "TUSIAB-ın üzvləri arasında intizamlı vergiödəyicilərinin mükafatlandırılması" ilə bağlı keçirilən ikinci mərasimdə Azərbaycanın vergilər nazirinin birinci müavini Natiq Qasımov bu barədə bəyan edib.

Onun sözlərinə görə, bu gün tərfdaşlıq sazişləri sərmayəçilərin bir çox problemlərinin həll edilməsinə imkan verir, eləcə də Azərbaycanın dövlət orqanları ilə əlaqələrin qaydaya salınmasını sadələşdirir.

N. Qasımov bildirib ki, bu gün Azərbaycanda Türkiyə kapitalı ilə 655 müəssisə fəaliyyət göstərir, bunlardan 75-i müştərəkdir. "2004-cü ildə Türkiyə iş adamlarından dövlət büdcəsinə vergi daxilolmaları 65 mln. 805,6 min AZM təşkil edirdisə, 2005-ci ildə onlar 94 mln. 123,3 min AZM ödəyib"-deyə o qeyd edib.

Nazir müavini Azərbaycan büdcəsinə vergi daxilolmalarının artmasını müsbət hal və bunu Azərbaycanda vergi islahatlarının və münasib investisiya mühitinin yaradılmasının nəticəsi hesab edir. "Ötən dövr ərzində - son 6 ildə Azərbaycanın vergi sistemində ciddi struktur dəyişiklikləri aparılıb, vergi nəzarəti gücləndirilib, həmçinin vergi qanunvericiliyi və vergi inzibatçılığı təkmilləşdirilib"-deyə o qeyd edib.

Onun fikrincə, bu gün başlıca iş vergilərin könüllü ödənişinə keçidin təmin olunmasıdır. "Artıq ilk nəticələr vardır. 2005-ci ildə könüllü qaydada öz gəlirlərini fizixi şəxslərin 93,2 %-i, hüquqi şəxslərin isə 92,4 %-i bildirib"-deyə N. Qasımov qeyd edib və bildirib ki, "kifayət qədər yüksək göstəricidən məmnundur". "Amma biz bununla kifayətlənmirik"-deyə nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti