...

Maliyyə nazirliyi Azərbaycandan kapitalın çıxarılmasının liberallaşdırılmasını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2006 16:38 (UTC +04:00)

Maliyyə nazirliyi 2006-cı ildə ölkəyə gözlənilən böyük valyuta axını ilə əlaqədar Milli bankın kapitalın hərəkətinin liberallaşdırılması ilə bağlı təkliflərini dəstəkləyir. Nazirlikdən Trend ə verilən məlumata görə, 2006-cı ildə ölkədən $1,2-1,3 mlrd vəsaitin çıxarılacağı gözlənilir. Eyni zamanda Gürcüstana (Azərbaycan vətəndaşlarının yaşadığı Borçalıya), Rusiyaya, Moldovaya, həmçinin, Azərbaycanın layihələrinin həyata keçirildiyi ölkələrə xidmət və avadanlıqların ixracı ehtimalı istisna olunmur.

Bu gün ölkənin ehtiyatında $2,4 mlrd vəsait var.

Milli bank qiymətli kağızlar almaq üçün kapitalın çıxarılması məqsədilə fiziki şəxslərə icazənin verilməsini təklif edir.

Bu halda AMB yalnız yüksək reytinqli şirkətlərin, bankların və hökumətlərin qiymətli kağızlarının alınmasına icazə verə bilər. Reytinq "AA" səviyyəsindən aşağı olmamalıdır.

Xəbər lenti

Xəbər lenti