...

Milli bank ipoteka kreditləşdirilməsinə cəlb olunan sığorta şirkətləri və qiymətləndirici təşkilatların siyahısını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2006 19:55 (UTC +04:00)

Azərbaycanın Milli Bankı (AMB) Azərbaycanın ipoteka fondu (AİF) vasitəsilə həyata keçiriləcək ipoteka kreditləşdirilməsi sistemində iştirak edən sığorta şirkətləri və müstəqil qiymətləndiricilərin siyahısını açıqlyayıb. AİF-də Trend ə bildirilib ki, yeddi sığorta şirkəti və səkkiz qiymətləndirici təşkilat ipoteka kreditlərinin verilməsində agent funksiyalarının yerinə yetirilməsi hüququ alıb.

Ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətindən "Azərsığorta" dövlət sığorta şirkəti, Beynəlxalq sığorta şirkəti, özəl "Atasığorta", MBASK, Standard Insurance, müştərək "Başak-İnam" (Azərbaycan-Türkiyə) və "Atəşgah (AR-RF) seçilib.

AİF tərəfindən müəyyən olunmuş müstəqil qiymətləndirici şirkətlər Azərbaycan Ticarət-sənaye Palatası "Azərekspertiza" Birliyi, "Azİntellekt Servis", "Azkon", "VneşGkspertServis" konsaltinq şirkətləri, " Biləndər" şirkəti, "KONEKO" MMC, MAK Consultancy Baku Ltd.müştərək müəssisəsi və REC İnvest.qiymətləndirmə şirkətidir.

Xəbər lenti

Xəbər lenti