...

Azad Rəhimov: İpoteka kreditləri üzrə faiz dərəcələrinin azaldılması Azərbaycanda gənc ailələrin problemlərini həll etmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2006 10:43 (UTC +04:00)

Azərbaycanda İpoteka kreditləri üzrə faiz dərəcələrinin azaldılması gənc ailələrin problemlərini həll etmir. Trend in məlumatına görə, bu barədə jurnalistlərlə söhbətində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

"Hətta əgər faizlər illik 6-7 faizə qədər endirilərsə və ilkin ödəniş 15-20%-ə əqədər azaldılarsa, Azərbaycanda gənc ailələrin mənzil təminatı problemi həll olunmayacaq", -deyə nazir bildirib və "bu göstəricilərin onsuz da yüksək" olduğunu qeyd edib.

A.Rəhimovun sözlərinə görə, bir çox ailələr İpoteka fonduna ilkin ödənişi ödəmək iqtidarında deyillər. Gənclər və İdman Nazirliyi respublikanın bir sıra ictimai təşkilatlarına sonradan müzakirə olunmaq üçün Milli Məclisə (parlamentə), İpoteka Fonduna və Azərbaycanın Milli Bankına göndərilmək üçün öz konsepsiya və strategiyalarını hazırlamaq xahişi ilə müraciət edib.

"Bizə ipoteka kreditlərindən güzəştli şərtlərlə istifadə edəcək sosial qrupları dəqiq təyin etmək zəruridir", -deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti