...

Bank Respublika hər ay hər biri $1000 olmaqla 2 mükafat təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2006 18:27 (UTC +04:00)

17 aprel 2006-cı il tarixdə Bank Respublika-nın əmanətçiləri arasında hər ay keçirilən uduş kampaniyası mükafatlarının növbəti - 10-cu oynanılma mərasimi keçirilmişdir. Qaydalara əsasən, "Əmanət Şərtlərinin Sərbəst Seçimi" məhsulu üzrə banka ən azı 12 ay müddətinə qoyulmuş və 1 000 ABŞ dolları (avro və ya manat) məbləğindən az olmayan əmanətlər uduş kampaniyasında iştirak edir. Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştiraka buraxılmırlar. Əmanətin hər 1 000 ABŞ dolları (avro və ya manat) məbləği 2 şansa bərabərdir. Hər ay keçirilən uduş kampaniyasında hər biri 1 000 ABŞ dolları olmaqla 2 uduş oynanılır. Artıq bankın 20 əmanətçisi hər biri 1 000 ABŞ dolları məbləğində pul mükafatı udubdur. Mükafatların qalibləri uduş haqqında bank tərəfindən xəbərdar edilirlər. Uduş kampaniyasının növbəti ay üçün mükafatlarının oynanılması 15 may 2006-cı il tarixində keçiriləcək.

Trend in verdiyi xəbərə görə, bankın press-relizində bildirilir ki, uduş kampaniyası "Əmanət Şərtlərinin Sərbəst Seçimi" layihəsi çərçivəsində keçirilir. Bu əmanət məhsulu müştərilərin ehtiyaclarına uyğun şərtlərlə Banka əmanət qoymaq imkanı verir. Əmanət manatla, ABŞ dolları və avro ilə 1 aydan 18 ilədək istənilən müddətə qoyula bilər. Əmanət məbləğinə Bank tərəfindən məhdudiyyətlər qoyulmur. Əmanətçi əmanət məbləğini artıra və azalda bilər. Uduş kampaniyasında iştirak ilə yanaşı əmanətçilər pulsuz kredit kartları (MasterCard Standard, Gold, Platinum Priority Pass kartı ilə), "Home-Banking" xidmətindən istifadə, Bankın hesabına tibbi sığorta və güzəştli şərtlər ilə kredit ala bilərlər. Yeni əmanət məhsulunun layihəsi Sparkassen-Finanzgruppe maliyyə qrupuna daxil olan Almaniya Əmanət Kassaları Fondunun dəstəyi ilə hazırlanmışdır. Eyni maliyyə qrupuna daxil olan SIDT və KfW bank qrupunun üzvü olan DEG 28 aprel 2005-ci il tarixdə bankın səhmdarları olmuşdurlar.

Xəbər lenti

Xəbər lenti