...

Şəmsəddin Hacıyev: "Təhsil haqqında qanun" layihəsi ictimaiyyətin müzakirəsinə verildikdən sonra qəbul ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2006 16:26 (UTC +04:00)

"Təhsil haqqında qanun" layihəsi aprelin sonunda Milli Məclisin elm və təhsil daimi komissiyasında müzakirəyə çıxarılacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisin elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib.

Komissiya sədri qeyd edib ki, qanun layihəsi komissiyada müzakirə olunduqdan sonra ictimaiyyətin müzakirəsinə təqdim ediləcək: "Təkliflər, iradlar qəbul edildikdən sonra mayın ikinci yarısında sənədin birinci oxunuşu parlamentin müzakirəsinə veriləcək".

Ş.Hacıyev bildirib ki, adıçəkilən qanunu mövcud reallıqlara uyğunlaşdırmaqdan ötrü dəyişdirmək vacib idi ki, bu da edilib: "Qanun layihəsi təkmil bir sənəddir, onun həyata keçirilməsi üçün real bir mexanizm olacaq. Bu mexanizm imkan verəcək ki, təhsil sahəsində olan çatışmazlıqları aradan qaldırsın".

Ş.Hacıyev bildirib ki, yeni qəbul ediləcək qanunda ali təhsil ikipilləli şəkildə göstərilib: "Bakalavr və magistratura. Sonra isə elmi təhsildir ki, orada neçə pilə olacaq, bunu görəcəksiniz".

Komissiya sədri onu da bildirib ki, "Ümümtəhsil haqqında", "Ali təhsil haqqında" və "Əlavə təhsil haqqında" da qanun layihələri üzərində iş aparılır.

Xəbər lenti

Xəbər lenti