...

Azərbaycan Şimali və Qərbi Avropa sərmayədarlarına borc kağızlar bazarının perspektivlərini təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2006 19:31 (UTC +04:00)

Azərbaycanda borc kağızlar bazarının inkişaf perspektivləri iyunun sonunda Riqada (Latviya) Şimali və Qərbi Avropa sərmayədarları üçün keçiriləcək konfransda təqdim olunacaq. Bu barədə Trend ə Bakı Fond Birjasının idarə heyətinin sədri Anar Axundov bildirib.

Konfrans MDB və Pribaltika ölkələrinin borc kağızlar bazarının informasiya təminatı ilə məşğul olan Rusiyanın CI Bonds şirkəti tərəfindən təşkil olunub. "Tədbir çərçivəsində bizim ayrıca bölməmiz olacaq. Biz bazar iştirakçılarını (emitentlər, broker şirkətləri) dəvət etməyə çalışacağıq", - deyə A.Axundov qeyd edib.

Xəbər lenti

Xəbər lenti