...

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üzrə fəaliyyət planına baxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2006 17:55 (UTC +04:00)

Bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin sədrliyi altında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasına hazırlıq üzrə dövlət komissiyasının 6-cı iclası keçirilib. M.Məmmədquliyevin Trend ə verdiyi məlumata görə, görüşdə Cenevrədə keçirilən danışıqların yekunları və danışıqların növbəti mərhələsinə hazırlıq üzrə vəzifələr müzakirə olunub.

Nazir müavinin qeyd etdiyinə görə, "keçirilən danışıqlarda qaldırılan bütün məsələlər və problemlər, ikitərəfli və çolxtərəli danışıqların nəticələri işçi qrupları tərəfindən nəzərdən keçirilməli və yaxın vaxtlarda dövlət komissiyasına təqdim edilməlidir.

Görüşün 2006-cı ilin sonlarına kimi keçirilməsi barədə razılıq əldə olunub. Lakin Cenevrədə işçi qrupun görüşşünə kimi ikitərəfli danışıqların keçirilməsi planları da mövcuddur.

İclasda danışıqların növbəti mərhələsinə hazırlıqla bağlı fəaliyət planına baxılıb. Lakin təqdim olunan təklif və iradlar nəzərə alınmaqla onun işlənib qurtarmasından sonra təsdiqlənmək üçün dövlət komissiyasına təqdim olunması tövsiyə edilib. "Hesab edirəm ki, vaxt çox az olduğuna görə, bu çox qısa müddət ərzində baş verməlidir.Bundan əlavə, əgər biz Cenevrədə işçi qrupun görüşünə qədər bir və ya bir neçə ölkə ilə ay-ayrılıqda ikitərəfli görüşlər keçirmək istəyiriksə, 1-2 ay ərzində təkliflər hazırlamalıyıq", - deyə M.Məmmədquliyev bildirib.

Xəbər lenti

Xəbər lenti