...

"Gürcüstan Dəmir Yolu" MMC Tbilisi-Bakı-Moskva qatarının işə salınmasını uğurlu hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2006 19:49 (UTC +04:00)

"Gürcüstan Dəmir Yolu" MMC Tbilisi-Bakı-Moskva qatarının işə salınmasını uğurlu hesab edir. MMC-nin baş direktoru İrakliy Ezuqbaya mətbuat konfransında bildirib ki, Tbilisi-Bakı-Moskva istiqamətində 10 bilet satılıbsa, əks istiqamətdə bilet satışı 100% təşkil edib. Bu baradə Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verib.

MMC Tbilisi-Bakı-Moskva qatarının hərəkətini 13 illik fasilədən sonra mayın 17-də barpa edib. Bakıya iki vaqon göndərilir ki, bunlar da Bakı-Moskva qatarına qoşulur. Kupedə biletin qiyməti 110 dollar, platskartda 75 dollardır.

İ.Ezuqbayanın Trend ə bildirdiyinə görə, tələbat olduqda Tbilisdən gələn vaqonların sayı artırılacaq, lakin bu, poçt qatarına deyil, sərnişin qatarına aid olacaq.

Xəbər lenti

Xəbər lenti