...

2007-ci ildə Azərbaycanda dövlət qurumlarına xidmət edən agent bankların siyahısı genişlənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2006 14:55 (UTC +04:00)

2007-ci ildə dövlət təşkilatlarına əmək haqqlarının, təqaüdlərin plastik kartlarla verilməsinə keçid ilə əlaqədar agent bankların siyahısının genişlənməsinə ehtiyac artacaq. Azərbaycan Milli Bankı sədrinin birinci müavini Alim Quliyevin bildirdiyinə görə, gələn ildən yenə də bankların müsabiqə yolu ilə seçilməsi zərurəti yaranacaq, çünki iki dövlət bankı bu qədər böyük məbləğlə işləyə bilməyəcək.

A.Quliyevin fikrincə, bu il yeni agent bankların seçimi keçirilməyəcək.

Maliyyə nazirliyi 2006-cı ildə Dövlət xəzinəsinin tranzit hesablarına xidmət üçün cəlb olunmuş özəl bankların xidmət keyfiyyətinin təftişinin keçirilməsi planları haqqında artıq xəbər verib. Xəzinəyə xidmət etmək üçün özəl bankların seçimi 2004-2005-ci illərdə keçirilib. Bu il özəl bankların xəzinə əməliyyatlarına xidmət edilməsi üzrə funksiyaların ötürülmə effektivliyinin müəyyən olunması məqsədi ilə bu bankların fəaliyyətinin monitorinqi aparılacaq, lakin bu il yeni tenderin elan olunması barədə fikir yoxdur.

2005-ci il yanvarın 1-dən Sumqayıtda xəzinə əməliyyatlarına xidmət etmək üçün özəl Texnikabank, 1 sentyabr 2005-ci ildən - AtaBank (Xaçmaz rayonu), Bank Standart (Lənkəran rayonu), "NİKoyl" bankı (Qəbələ rayonu) və Turanbank (Gədəbəy rayonu) cəlb olunub. Xəzinə hesabları əsasən Beynəlxalq bank və Kapital Bank tərəfindən həyata keçirilir. Təqaüdlərin ödənişi də bu dövlət bankları tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti