...

DB missiyasının su layihəsi ilə bağlı səfərinin tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2006 15:42 (UTC +04:00)

Dünya Bankının Azərbaycanda su təsərrüfatı sahəsində SKADA sisteminin yaradılması üzrə qiymətləndirici missiyası iyulun 11-də Bakıya səfər edəcək. Bu barədə Trend ə DB-nin Bakı nümayəndəliyindən xəbər veriblər.

Missiyanın tərkibinə bankda su təchizatı sektorunun meneceri Li Travers və irriqasiya sektorunun direktoru Yurgen Voqelya daxildir.

Səfər zamanı DB tərəfindən təklif olunmuş su layihəsinin qiymətləndirilməsi və ekspertlərin su təsərrüfatı üzrə strategiyanı təqdim etməsi gözlənilir. Səfər iyulun 13-nə qədər davam edəcək.

Bankın ekspertləri layihənin konsepsiyasını təqdim edəcək. Layihənin ilkin dəyəri təxminən $120 mln. təşkil edir. Bu layihə avtomatlaşdırılmış xəbərdarlıq, məsafədən tənzimləmə və məlumat alma sistemlərinin yaradılmasını, su təmizləyici qurğuların bərpasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti