...

Azərbaycan əhalisinin sayı təxminən 8,5 mln. nəfərdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2006 15:24 (UTC +04:00)

Trend Dövlət Statistika Komitəsinin 2006-cı ilin birinci yarım ilinə olan məlumatına istinadən xəbər verir ki, Azərbaycan əhalisinin ümumi sayı 8 mln. 483 min nəfər təşkil edir. Yanvar-iyul ayları ərzində əhali artımı 47 min nəfər və ya 0,6%-ə bərabərdir. Bunun 4 mln. 381 min nəfəri (51,6%) - şəhərlilər, 4 mln. 102 min nəfəri isə - kəndlilərdir. Kişilər sayı 4 mln. 175 min nəfər (49%), qadınların - 4 mln. 308 min nəfərdir (51%). Hər 1000 kişiyə ölkədə 1032 qadın düşür. Əhalinin orta yaşı 31 yaş, ömür uzunluğu - 72,4 yaşdır. Bu göstərici kişilərdə - 69,6 yaş, qadınlarda - 75,1 yaşdır.

2006-cı ilin birinci yarım ili ərzində ölkədə 74,2 min uşaq anadan olub və hər 1000 nəfərə 18 körpə düşüb. Orta hesabla hər qadına ömrü boyu 3 uşaq düşüb.

2006-cı ilin əvvəlindən Azərbaycanda 33,8 min nigah və 4,1 min boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövri ilə müqayisədə nigahların sayı artıb, boşanmaların sayı isə əksinə azalıb.

Xəbər lenti

Xəbər lenti