...

Azərbaycanın İpoteka Fondu Naxçıvan MR-də filialının açılması imkanlarını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2006 15:56 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan İpoteka Fondu ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi istiqamətində respublikanın bölgələrində bir sıra tədbirlər həyata keçirir.

Trend in Fondun məlumatına istinadən xəbər verdiyi kimi, Naxçıvan Muxtar Respublikasında (NMR) "Naxçıvan Muxtar Respublikasında ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi" mövzusuna dair Azərbaycan İpoteka Fondunun, Naxçıvan şəhərinin və Azərbaycan Respublikası Milli Bankının NMR üzrə ərazi idarəsi rəhbərliklərinin birgə iştirakı ilə şəhərin gəncləri, içtimaiyyəti, yerli bankların və diqər strukturların nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov təqdimat mərasimi keçirməklə Azərbaycanda ipoteka kreditləşməsi sisteminin formalaşmasının mərhələləri, şərtləri, yaşayış sahəsinin yaxşılaşdırılması zəminində ipoteka kreditləşməsi sisteminin üstünlükləri və bu müddət ərzində əldə olunan nəticələr haqqında ətraflı məlumat verib.

Səfər çərçivəsində AİF-in icraçı direktoru Faiq Məmmədov yerli bankların nümayəndələri ilə görüş keçirib.

Fondda hesab olunur ki, səfərin yekunu NMR-də əhalinin ipoteka kreditləşməsi sisteminə artan böyük marağını göstərib. Bundan başqa, AMB-nin NMR-dəki ərazi idarəsi nəzdində məlumat xidməti təşkil olunub. Həmçinin, NMR-də AİF-in filialının açılması məsələsinə baxılacağı planlaşdırılır.

Belə tədbirlərin Azərbaycanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti